Ilja Moiseevitsj Safonov
Quick Facts
Biography
İlya Moiseyeviç Safonov (d. 1909 və ya 1913, Rusiya – ö. 17 mart, 1967) — Sovet İttifaqı Qəhrəmanı (3 iyun 1944).
Həyatı
İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 15 yaşında olarkən Bakıya gəlmişdir.943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir.
3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A.Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra Bakı şəhərində təyyarə meydanında dispetçer işləmişdir.
17 mart 1967-ci ildə vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Ədəbiyyat
- И.Н.Шкадов (Пред. ред. коллегии) (1988). Герои Советского Союза: Краткий биографический словарь. Т. 2 /Любов — Ящук/. М.: Воениздат, 863 с.. ISBN 5-203-00536-2.