Ibrahim Emin
Quick Facts
Biography
İbrahim Məhərrəm oğlu Eminov (18 may 1963(1963-05-18), Sumqayıt – 2 iyul 2019(2019-07-02), Sumqayıt) — Azərbaycanlı musiqi bəstəkarı və rok ifaçısı, Yuxuvə Sirr qruplarının yaradıcısı.
Həyatı və təhsili
İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1970-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbdə təhsil alıb. 1981-1983-cü illərdə hərbi xidmətdə olub.
Musiqi fəaliyyəti
İbrahim Emin 1986-cı ildə Yuxu qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşıqrupda bas gitara da ifa edib. 1989-cu ildə Yuxu qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olur. Bir müddət sonra qrup olaraq fransız bir prodüserdən Fransada fəaliyyət göstərmək üçün dəvət alırlar. Həmin vaxtlar Fransaya birbaşa çıxmaq mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər. Lakin naməlum səbəblərdən onlar Fransaya gedə bilmirlər və Türkiyədə qalıb fəaliyyət göstərməli olurlar. Türkiyədə fəliyyət göstərməyə başladıqdan sonra qısa müddət ərzində qrup tanınmağa başlayır. Türkiyədə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) adlı üç albomları işıq üzü görür. Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirir. Nəticədə Yuxu qrupu dağılır və qrup üzvləri fərqli işlərlə məşğul olmağa başlayır. Sonradan İbrahim Emin Bakıya geri dönür və 2004-cü ildə Sumqayıtda Sirr qrupunu yaradır. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.
Fikirləri
Yeniyetmə vaxtlarımızda biz BBC radiosunda Deep Purple, Led Zeppelin-ə qulaq asırdıq, daha sonra onlar bizim üçün məktəb oldu, onların musiqilərindən ilhamlanıb rokla məşğul olmağa başladıq. Daha sonra qrupumuz yarandı. "Xəzərin sahilində" mahnsını yazdırdıq. Mahnının sözləri atama aid idi, mən bəzi sözləri dəyişdim və biz mahnını ifa etdik. Bir il sonra bu mahnı ilə Qızıl Payız musiqi festivalında qalib olduq və hər şey bununla başlandı. |
Məni tanıyanlar yaxşı bilir, həmişə deyirəm roku heç vaxt dəyişmərəm. Mən roku hiss edirəm, rok azadlığın, üsyankarlığın musiqisidir, mənim musiqimdir. |