peoplepill id: huseyn-nadim-naxcivani
HNN
Azerbaijan
1 views today
1 views this week
Huseyn Nadim Naxcivani
Azerbaijani poet

Huseyn Nadim Naxcivani

The basics

Quick Facts

Intro
Azerbaijani poet
Work field
Birth
Place of birth
Babek District, Azerbaijan
Place of death
Babek District, Azerbaijan
The details (from wikipedia)

Biography

Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Babək rayonunun Nehrəm kəndi – 1927, orada) — şair.

Həyatı

İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918-20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir.

Fəaliyyəti

Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəl və qoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah Vaqif və Qasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur. “Yox bircə kəs xilas edə bu naridan bizi” misrası ilə başlayan qəzəli bu baxımdan xüsusilə diqqətəlayiqdir.

Əsərləri

Seçmə şeirlər (tərtib edəni və “Yaddaşlarda yaşayan şair” adlı müqəddimənin müəllifi Ə. Qədimov), Bakı, 1993. 

İrsi

XIX əsrin sonları XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində özünəməxsus yeri olmuş, “Əncümənüş-şüara” ədəbi məclisinin fəal üzvlərindən biri Hüseyn Nadim Naxçıvaninin şerlər toplusu nəşr etdirilmişdir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çap etdirdiyi kitaba şairin Əlyazmalar İnstitutunda saxlanılan qəzəlləri, ictimai məzmunlu şerləri, növhə və sinəzənləri daxil olunmuşdur.

Yeni nəşrin tərtibçisi, ön sözün və izahların müəllifi institutun elmi işçisi Hacı Mustafa Mailoğludur.

Filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova “Hüseyn Nadim Naxçıvaninin həyatı, mühiti, yaradıcılığı” (2018) monoqrafiyasını yazıb.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Huseyn Nadim Naxcivani is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Huseyn Nadim Naxcivani
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes