peoplepill id: husayn-ali-mirza-1
HAM
Iran
1 views today
1 views this week
The basics

Quick Facts

Places
Gender
Male
Birth
Place of birth
Shiraz, Iran
Death
Place of death
Tehran, Iran
Age
47 years
Family
The details (from wikipedia)

Biography

Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — İran şahzadəsi, vali.

Həyatı

Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu.

Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara rəğmən ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı. Heç bir şavaş olmadan Hüseynəli mirzə və Həsənəli mirzə şahın istiqbalına gəlib, vəfadarlıqlarını ortaya qoydular. Onların, Qacar imperatorluğunun şahına qarşı savaş elan edəcək gücləri, cəsarətləri yox idi. Şah, Şiraz problemini həll etdikdən sonra Həmədanda ailəsi ilə bir yerdə dincəlməyi düşündü. Lakin Xuzistanın isti çöllərindən keçərkən Şahın qadınları çox rahatsızlanmışdılar.

1834-cü ildə Fətəli şahın ölümündən sonra hakimiyyət uğrunda baş vermiş çaxnaşmalar, toqquşmalar və digər gərgin hadisələr idi. Fətəli şahdan sonra onun vəliəhdi Məhəmməd mirzə şahlığa keçməli idi. Lakin Fars valisi Hüseynəli mirzə Fətəli şahın ölümündən sonra, bilavasitə özünü şah elan edərək, hər tərəfə xəbər göndərib, feodalları, hökumət dairələrini ona itaət etməyə dəvət etdi. Şirazda o hamıdan əvvəl Qaşqay elinin rəisi Məhəmmədəli xanı yanına çağırdı. Məhəmmədəli xan bu çağırışdan şübhələndiyi üçün Şirazın böyük ruhanilərindən imam Şeyx Əbuturabın evinə sığındı. Hüseynəli mirzənin qardaşı Kirman valisi Şücaəssəltənə Həsənəli mirzə "yeni şahın" fərmanı ilə Məhəmmədəli xanı öldürmək üçün Şeyx Əbuturabın evinə getdi. Şeyx Əbuturab cinayətin baş verməsinə mane oldu. Hüseynəli mirzənin "şahlığı" uzun sürmədi. 1834-cü il noyabr ayında Məhəmməd mirzə şahlığa keçdikdən sonra Mənuçehr xan Mötəməddövlənin başçılığı ilə Tehrandan göndərilən qoşun Hüseynəli mirzəni tutaraq mərkəzə apardı. Hüseynəli mirzəni kor edib zindana atdılar.

Hüseynəli mirzə 1835-ci ildə vəfat edib. Onun törəmələri Fərmanfərmayi soyadını daşıyırlar.

Ailəsi

Hüseynəli mirzə Hacı Zəciyyə xanım Məhəmmədqulu xan qızı Qasımlı-Avşarla, Nadir mirzə Qırxlı-Avşarın qızı ilə, Əmirgunə xan Zəfərənlu-Kürdün qızı ilə, Türkmən qızı ilə, Mazandaranlı, Şirazlı qızlarla ailə qurmuşdu. Rzaqulu mirzə, İmamqulu mirzə, Şahrux mirzə, Keyxosrov mirzə adlı oğulları vardı.

  1. Qızı, Məsqətin imamı və hakimi Səid ibn Sultan ibn Əhmədin xanımı;
  2. Qızı, Məhəmmədəli xan Qaşqayın xanımı;
  3. Qızı,Mirzə Əbülhəsən Fəsayinin xanımı;
  4. Qızı, Şükrullah xan Nurinin xanımı;
  5. Qızı, Əbülhəsən xan Müşirülmülkün xanımı;
  6. Qızı, öncə Bəhram mirzə müəzəddövlənin, sonra Əhməd xan Dünbilinin nəvəsi Şirəli xan Dünbilinin xanımı.

Mənbə

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Husayn Ali Mirza is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Husayn Ali Mirza
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes