Hocazade Mehmed Efendi
Quick Facts
Biography
Xocasadəttinzadə Mehmed Çələbi Əfəndi (d. 27 fevral 1568 - ö. 2 iyul 1615) — Osmanlı şeyxülislamı.
Həyatı
27 fevral 1568 tarixində Bursada dünyaya gəlmişdir. Atası Osmanlı tarixçisi və alimi Xoca Sadəttin Əfəndidir. İlk təhsilini atasından və Molla Tofiq Gilanidən almışdır. Qısa zamanda üləmalar arasında ad qazanmış və yüksəlməyə başlamışdır. Atasının padşah lələliyi illərində baş verən bu yüksəliş dövrün sultanı III Murad və digər dövlət adamları arasında narazılığa səbəb olmuşdur. 1586-cı ilin mayında İsmixan Sultan,1589-cu ilin aprelində Sahn-ı Səman, 1591-ci ilin fevralında isə Yavuz Sultan Səlim və Süleymaniyyə mədrəsələrində müdərrisliyə başladı. 1592-ci ilin iyul ayında Məkkə qazısı olaraq təyin edilsə də, 1593-cü ilin martında öz istəyilə bu vəzifəsindən ayrıldı və 120 axca maaşla təqaüdə çıxarıldı. 1596-cı ilin yanvar ayında İstanbul qazısı, iki ay sonra isə Anadolu başqazısı seçildi. Həmin il atası ilə birlikdə III Mehmedin Əyri səfərinə çıxdı. Daha sonra İstanbulda baş tutan bir çox mərasimlərdə qardaşları və atası ilə birlikdə iştirak etdi.
Ancaq atası Sadəttin Əfəndi siyasi rəqiblərinin təzyiqi ilə 28 yanvar 1597 tarixində padşahın lələliyindən alındı və gözdən düşdü. Bu səbəblə Mehmed Əfəndi də qazılıqdan uzaqlaşdırıldı. Atasının yenidən güclənib şeyxülislam olmasının ardından 1599-cu ilin iyun ayında Rumeli başqazısı təyin olundu. Ancaq çox keçmədən - 2 oktyabr 1599 tarixində atası vəfat etdi və yenə vəzifəsindən alındı. Bundan sonra bir müddət dövlət işlərindən uzaq qaldı və 1601-ci ilin 2 avqustunda Hacı Sunullah Əfəndinin yerinə şeyxülislam seçildi. Ancaq bu vəzifədə çox qala bilmədi və 5 yanvar 1603 tarixində vəzifədən alındı. 5 iyun 1608 tarixində dördüncü dəfə vəzifədən ayrılan Hacı Sunullah Əfəndinin yerinə şeyxülislam seçildi və ölümünə qədər bu vəzifədə qaldı. Bu illər ərzində atasının yeritdiyi siyasəti davam etdirmişdir. Dövlət adamları arasında çox sevilməmiş, hətta dövrün sədrəzəmi olan Nasuh Paşa ilə münasibətləri olduqca pis olmuşdur. Buna səbəb isə Nasuh Paşanın üləmaların təyin edilmə işinə qarışmağı olmuşdur. Hətta bu iki dövlət xadimi arasındakı sürtüşmələrdən biri tarixi mənbələrdə belə qeyd edilir. Osmanlı dövlət ənənələrinə görə bayram ərəfələrində sədrəzəm şeyxülislamı ziyarət etməli, əlini öpüb xeyir-dua almalı idi. Ancaq Nasuh Paşa bu ənənəyə sadiq olmamış, ancaq dövrün padşahı I Əhmədin təkidi üzrə məcbur qalaraq gecə ikən qayıqla şeyxülislamın köşkünə gedərək ziyarət etmişdir.
Mehmed Çələbi Əfəndi 2 iyul 1615 tarixində vəbadan vəfat etdi və atasının Əyyub Sultan məscidi yaxınlığındakı türbəsinə dəfn olundu.
Mənbə
- İstanbul Şer‘iyye Sicilleri Arşivi, Rumeli Kazaskerliği Rûznâmçeleri, nr. VII;
- Hocazade Mehmed Efendi’nin İbtihâcü’t-tevârîhi (haz. Ahmet Akgün, doktora tezi, 1995), İÜ Sosyal Bilimler Enstitüsü;
- Selânikî, Târih, tür.yer.;
- Peçuylu İbrâhim, Târih, II, 451-452;
- Atâî, Zeyl-i Şekāik, s. 575-577;
- Kâtib Çelebi, Fezleke, I, 372;
- Naîmâ, Târih, I-II, tür.yer.;
- İlmiyye Salnâmesi, s. 426-431;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 123-124;
- a.mlf., İlmiye Teşkilâtı, s. 73, 179-180;
- Danişmend, Kronoloji, III, 527, 528;
- Mehmet İpşirli, “Osmanlı İlmiye Teşkilatında Mülazemet Sisteminin Önemi ve Rumeli Kadıaskeri Mehmed Efendi Zamanına Ait Mülazemet Kayıtları”, GDAAD, sy. 10-11 (1983), s. 221-231.
I Əhməd | ||
---|---|---|
Ailəsi | Handan Sultan •Kösəm Sultan •Mahfiruz Xədicə Sultan •Fatma Sultan •Şahzadə Mehmed •II Osman •Şahzadə Bəyazid •Şahzadə Cahangir •Şahzadə Orxan •Şahzadə Səlim •IV Murad •Şahzadə Həsən •Şahzadə Süleyman •Şahzadə Hüseyn •Şahzadə Qasım •I İbrahim •Ayşə Sultan •Fatma Sultan •Gövhər Sultan •Xanzadə Sultan •Burnaz Atiyə Sultan | |
Sədrəzəmlər | Malqoç Yavuz Əli Paşa •Sokulluzadə Lələ Mehmed Paşa •Bosniyalı Dərviş Mehmed Paşa •Quyucu Murad Paşa •Gümülcinəli Kürəkən Nasuh Paşa •Öküz Mehmed Paşa •Kürəkən Xəlil Paşa • | |
Kaptan-ı dəryalar | Mustafa Paşa •Cəfər Paşa •Bosniyalı Dərviş Mehmed Paşa •Hafiz Əhməd Paşa •Kürəkən Xəlil Paşa •Öküz Mehmed Paşa •İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa | |
Şeyxülislamlar | Əbülməyamin Mustafa Əfəndi ·Hacı Mustafa Sunullah Əfəndi ·Xocasadəttinzadə Mehmed Çələbi Əfəndi ·Xocasadəttinzadə Mehmed Əsad Əfəndi |
III Mehmed | ||
---|---|---|
Ailəsi | Safiyə Sultan •Handan Sultan •Həlimə Sultan •Şahzadə Mahmud •Şahzadə Səlim •I Əhməd •I Mustafa •Dilrüba Sultan | |
Sədrəzəmlər | Qoca Sənan Paşa •Sərdar Fərhad Paşa •Təkəli Lələ Mehmed Paşa •Kürəkən İbrahim Paşa •Cığalızadə Yusif Sənan Paşa •Xadım Həsən Paşa •Cərrah Mehmed Paşa •Yemişçi Həsən Paşa •Malqoç Yavuz Əli Paşa | |
Kaptan-ı dəryalar | Cığalızadə Yusif Sənan Paşa •Kürəkən Xəlil Paşa •Mustafa Paşa | |
Şeyxülislamlar | Bostanzadə Mehmed Əfəndi ·Xoca Sadəttin Əfəndi ·Hacı Mustafa Sunullah Əfəndi ·Xocasadəttinzadə Mehmed Çələbi Əfəndi ·Əbülməyamin Mustafa Əfəndi |
Osmanlı şeyxülislamları | ||
---|---|---|
XV əsr | Molla Şəmsəddin Fənari •Molla Fəxrəddin Əcəmi •Molla Hüsrəv •Molla Gürani •Molla Əbdülkərim •Ələddin Çələbi •Əfdalzadə Həmidəddin | |
XVI əsr | Zənbilli Əli Əfəndi •İbn-i Kamal Əfəndi •Sadullah Sədi Əfəndi •Çivizadə Muhiddin Mehmed Əfəndi •Əbdülqədir Həmidi Çələbi •Fənarizadə Muhiddin Çələbi •Əbu Suud Əfəndi •Kürəkən Həmid Əfəndi •Qazızadə Əhməd Şəmsəddin Əfəndi •Malulzadə Mehmed Əfəndi •Çivizadə Hacı Mehmed Əfəndi •Əbdülqədir Əfəndi •Bostanzadə Mehmed Əfəndi •Bayramzadə Zəkəriya Əfəndi •Xoca Sadəttin Əfəndi •Hacı Mustafa Sunullah Əfəndi | |
XVII əsr | Xocazadə Mehmed Əfəndi •Əbülməyamin Mustafa Əfəndi •Xocazadə Əsad Əfəndi •Zəkəriyazadə Yəhya Əfəndi •Ahizadə Hüseyn Əfəndi •Əbu Səid Mehmed Əfəndi •Muid Əhməd Əfəndi •Əbdürrəhim Əfəndi •Bahai Mehmed Əfəndi •Qaraçələbizadə Əbdüləziz Əfəndi •Hüsamzadə Əbdürrəhman Əfəndi •Məmikzadə Mustafa Əfəndi •Xocazadə Məsud Əfəndi •Hənəfi Mehmed Əfəndi •Balizadə Mustafa Əfəndi •Bolevi Mustafa Əfəndi •Əsir Mehmed Əfəndi •Sunizadə Seyid Mehmed Əmin Əfəndi •Minkarizadə Yəhya Əfəndi •Çatalcalı Əli Əfəndi •Ankaralı Mehmed Əmin Əfəndi •Dabbaqzadə Mehmed Əfəndi •Seyid Feyzullah Əfəndi •Əbusəidzadə Feyzullah Əfəndi •İmam Mehmed Əfəndi | |
XVIII əsr | Başmaqçızadə Əli Əfəndi •Əbəzadə Abdullah Əfəndi •Mehmed Ataullah Əfəndi •İmam Mahmud Əfəndi •Mirzə Mustafa Əfəndi •Qocahüsamzadə Əbdürrəhman Əfəndi •Əbu İshaq İsmayıl Əfəndi •Yenişəhərli Abdullah Əfəndi •Mirzəzadə Şeyx Mehmed Əfəndi •Başmaqçızadə Abdullah Əfəndi •Kürəkənzadə Əhməd Əfəndi •Əbuishaqzadə İshaq Əfəndi •Dürri Mehmed Əfəndi •Feyzullahzadə Mustafa Əfəndi •Pirizadə Mehmed Sahib Əfəndi •Həyatizadə Mehmed Əmin Əfəndi •Seyid Mehmed Zeynalabdin Əfəndi •Əbuishaqzadə Əsad Əfəndi •Xəlilzadə Mehmed Səid Əfəndi •Seyid Murtuz Əfəndi •Abdullah Vassaf Əfəndi •Kürəkənzadə Feyzullah Əfəndi •Dürrizadə Mustafa Əfəndi •Kürəkənzadə Feyzullah Əfəndi •Mehmed Saleh Əfəndi •Çələbizadə İsmayıl Asım Əfəndi •Vəliüddin Əfəndi •Əbubəkrzadə Əhməd Əfəndi •Pirizadə Osman Sahib Əfəndi •Mirzəzadə Seyid Mehmed Səid Əfəndi •Seyid Mehmed Şərif Əfəndi •Eyvazpaşazadə İbrahim Əfəndi •Salehzadə Mehmed Əmin Əfəndi •Vassafzadə Əsad Əfəndi •Mehmed Şərif Əfəndi •Seyid İbrahim Əfəndi •Dürrizadə Mehmed Ataullah Əfəndi •Ərəbzadə Əhməd Ataullah Əfəndi •Dürrizadə Mehmed Arif Əfəndi •Müftizadə Əhməd Əfəndi •Məkkəyi Mehmed Əfəndi •Mehmed Kamil Əfəndi •Mehmed Şərif Əfəndi •Həmidizadə Mustafa Əfəndi •Seyid Yəhya Tofiq Əfəndi •Mustafa Aşir Əfəndi | |
XIX əsr | [[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] | |
XX əsr | Mehmed Ziyayəddin Əfəndi ·Mehmed Sahib Əfəndi ·Çələbizadə Hüseyn Əfəndi ·Musa Kazım Əfəndi ·Əbdürrəhman Nəsib Əfəndi ·Mehmed Cəmaləddin Əfəndi ·Mehmed Əsad Əfəndi ·Ürgüplü Mustafa Əfəndi ·Ömər Xülusi Əfəndi ·Heydərizadə İbrahim Əfəndi ·Mustafa Sabri Əfəndi ·Dürrizadə Abdullah Əfəndi ·Mədəni Məhmət Nuri |