Hikmət Məmmədov
Quick Facts
Biography
Hikmət Baba oğlu Məmmədov — "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, (1993-cü il).
Həyatı
Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub.
1982-ci ildə orta məktəbi qurtarıb, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinə daxil olub və 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunu olub.
2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kurslarını başa vurub.
1989-1993-cü illərdə “Çinar” qəzetində müxbir, baş müxbir vəzifələrini tutub.
1993-1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb.
1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.
1998-2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mətbuat Xidməti və Analitik İnformasiya Mərkəzinin rəhbəri olub.
2001-ci ildə ANS televiziyası tərəfindən ilin “Mətbuat Xidmətinin rəhbəri” seçilib.
2005-ci ildə “Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili” mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.
2013-cü ildə «Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2014-cü ildən Bakı Dövlət Univeristetinin Politologiya və Sosiologiya kafedrasının professorudur.
2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” Media mükafatına layiq görülüb.
2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Fəxri Fərmanına layiq görülüb.
1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib.
2008-ci ildə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının qərarı ilə partiya həyatında fəal roluna görə həmin təşkilatın Fəxri Fərmanına layiq görülüb.
2010-cu il 21 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Əməkdar Jurnalist» adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 02.101 Dissertasiya Şurasının üzvü və həmin Şura nəzində DİA-nın rektoru tərəfindən yaradılmış Elmi Seminarın sədri.
2012-ci ildə Azərbaycan Mətbuat Şurası tərəfindən H.Zərdabi adına «Ali Media» mükafatına layiq görülüb.
70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 3 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyyənin 1000-dən çox elmi-kütləvi və siyasi analitik məqalənini müəllifidir.
Hazırda 20-ə qədər elmlər doktoru və fəlsəfə doktorunun elmi tədqiqat işlərinə rəhbərlik edir.
Transmilli medianın və sosial şəbəkələrin dünya siyasətində yeri və rolu barədə yazılmış monoqrafiyanın müəllifidir.
Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər ixtisası (23.00.02) üzrə 20-dən çox doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində rəsmi opponent olub.
Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.
Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu ilə bağlı elmi tədqiqatlarını davam etdirir.
5 müəlliflik şəhadətnaməsi var (Azərbaycan Respubliksı Müəllif Hüquqları Agentliyi tərəfindən verilib).
15-ə qədər ölkədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan Respublikasını təmsil edib.
Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.
2008-ci ildən hal-hazıradək "Yeni Azərbaycan" qəzetinin baş redaktorudur.
1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin deputatı seçilib.
Ailəlidir, üç övladı var.
KİTAB, DƏRSLİK VƏ MONOQRAFİYALAR
1. İnsan hüquqları və azadlıqları; tarixi təkamülü, beynəlxalq və politoloji aspektlər, Azərbaycan təcrübəsi.
Monoqrafiya. “Elm” nəşriyyatı. 241 səh. Bakı 2006.
2. Azərbaycan Beynəlxalq münasibətlərin aktoru kimi (siyasi, ideoloji və diplomatik məsələlər).
Kitab. “Elm” nəşriyyatı. 515 səh. Bakı 2007.
3. Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu.
Monoqrafiya. "Aypara-3” nəşriyyatı. 328 səh. Bakı-2009.
4. Dünya siyasəti və beynəlxalq münasibətlər.
Dərslik. “Çinar-çap” nəşriyyatı. 564 səh. Bakı-2010.
5. Akdamardan Sarı Gəlinədək erməni yalanı.
Kitab. “Yazıçı” nəşriyyatı. 230 səh. Bakı 2011.
6. Siyasi təhlil və proqnozlaşdırma.
Dərslik. “MSA” nəşriyyatı. 300 sah. Bakı 2012.
7. İnfoimperializm və media.
Monoqrafiya. “MSA” nəşriyyatı. 191 səh. Bakı 2013.
8. Heydər Əliyev siyasi irsinin plitoloji aspektləri
Dərslik. “MSA” nəşriyyatı. 456 səh. Bakı 2013.
9. Dünya siyasəti və beynəlxalq münasibətlər. (2-ci nəşr)
Dərslik. “MSA” nəşriyyatı. 690 səh. Bakı-2014.
Proqram və metodik tövsiyələr
1. Siyasi təhlil və proqnozlaşdırma. Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət universiteti. “Proqramlar toplusu” Bakı 2008. səh. 71-80.
2. Siyasi təhlil və proqnozlaşdırma. Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Respublikası Təhsil Problemləri institutu. “Tədris-metodik vəsait.” Bakı 2009. 64 səh.
3. Xarici siyasət fənni üzrə proqram. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
10.07.2012-ci il tarixli 1320 saylı əmri ilə təsdiq edilmişdir. Bakı 2012.
4. Heydər Əliyev siyasi irsinin politoloji aspektləri fənni üzrə proqram.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.07.2012-ci il tarixli 1327 saylı əmri ilə təsdiq edilmişdir. Bakı 2012.
Elmi redaktoru olduğu kitab və monoqrafiyalar
1. “Heydər Əliyev torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır.
Akademik Qərib Məmmədov. Bakı-2008. 231 səh.
2. “Siyasi münaqişələr: Mahiyyəti Quruluşu Həlli”
s.e. namizədi Elşad Mirbəşiroğlu. Bakı-Elm-2009. 523 səh.
3. Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik Siyasəti. Tarix elmləri doktoru, professor Əli Həsənov, Bakı: “Letterpress” nəşriyyat evi, 2011, 440 səh.
4. “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi – 20 ildə”. Akademik Qərib Məmmədov. Bakı: “Elm”, 2013, 384 səh.
5. “Azərbaycanın Geosiyasəti”. Tarix elmləri doktoru, professor Əli Həsənov, Bakı: “Zərdabi LTD” MMC, 2015, 1056 səh.
6. “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları”. Tarix elmləri doktoru, professor Əli Həsənov, Bakı: “Zərdabi LTD” MMC, 2016, 700 səh.
Fəxri adları və titulları
1. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. (2010)
2. Qazaxstan Respublikası “Ekonomika və Konsaltinq” Universitetinin humanitar fənlər üzrə fəxri professoru. (2006)
3. Qırğızıstan Respublikası “Ç.Aytmatov” Akademiyasının fəxri üzvü. (2010)
4. Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarları İttifaqı Rəyasət Heyətinin təsisçisi olduğu “Qızıl qələm” media mükafatı laureatı. (2008)
5. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Fəxri Fərmanı. (2011)
6. Həsən bəy Zərdabi adına “Ali Media” mükafatı. (2012)
7. TÜRKSOY-un 2016-cı il Xüsusi Media mükafatı ilə təltif edilib.
8. Mahmud Kaşqari adına Beynəlxalq Fondu tərəfindən ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "MAHMUD KAŞQARİ" medalı ilə təltif olunub. . (25 noyabr, 2016)
Müəllif Şəhadətnamələri
1. Azərbaycan Respublikası müəllif hüquqları agentliyi. Əsərin qeydiyyatı haqqında şəhadətnamə (№7434). (“İnfoimperializm ən yeni imperializm növü kimi. İnfoimperializm: mahiyyəti və əsasları”)
2. Şəhadətnamə (№7679). “Akdamar və digər xristian türk kilsələrində ibadət dili ilkin orta əsr türkcəsi idi” (erməni tarixi haqqında)
3. Şəhadətnamə (№7680). “Akdamar xristian türklərin kilsəsidir, Qoqik isə Gök Ok adının fonetik deformasiya olunmuş formasıdır. (Hər bir xalq öz milli-mədəni yaddaşı qədər mövcuddur.)
4. Şəhadətnamə (№7681). “Naxçıvandakı erkən xristianlıq abidələri xristian türklərə aiddir, Abqar isə Abaqradır”. (Söz tarixin açarıdır.)
5. Şəhadətnamə (№7678). “Sarı gəlin” mahnısının qəhrəmanı xristian qıpçaq (peçenenq) qızıdır. (Bir mahnının izi ilə, yaxud qıpçaq qızı Sarı gəlin.)
6. Şəhadətnamə (№8283). “Media qlobal dəyərlər kontekstində: informasiya vasitəsi yoxsa yumşaq güc”?
İştirak etdiyi beynəlxalq konfranslar
1. İzmir: İzmir Ekonomi Üniversitesi
09-14 iyul 2007-ci il.
Konfransın adı: “İqtisadi münasibətlərdə torpaq və daşınmaz əmlak məsələləri”
Mövzu: Azərbaycanda torpaq islahatlarının sosial-siyasi aspektləri.
2. Almata: Qazaxstan İqtisadiyyat və Konsaltinq Universiteti
12-14 dekabr 2007-ci il
Konfransın adı: “Türkdilli dövlətlərin inteqrasiyasında liderlərin rolu”
Mövzu: Azərbaycan Qazaxstan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu
3. Brüssel: NATO-nun baş katibliyi
16-19 noyabr 2008-ci il
Konfransın adı: Cənubi Qafqaz Respublikaları və NATO əlaqələri
Mövzu: Cənubi Qafqazda etnik münaqişələr; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi.
4. Bakı. Gülüstan sarayı.
08 may 2008-ci il
Konfransın adı: Heydər Əliyev və Azərbaycan.
Mövzu: Müasir Azərbaycanın Dövlət Quruculugu prosesi ugurla davam etdirilir.
5. Bakı. Gülüstan sarayı.
07 may 2009-cu il
Konfransın adı: “Heydər Əliyev ideyaları XXI əsrdə, Azərbaycanın inkişaf yolu”
Mövzu: Müasir Azərbaycanda milli şüurun və dövlətçilik ideologiyasının formalaşmasında Ümummilli lider Heydər Əliyevin rolu.
6. Daşkənd: Özbəkistanda Azərbaycan Respublikası səfirliyinin akt zalı
08-10 may 2009-cu il.
Konfransın adı: “Heydər Əliyev: tarixi şəxsiyyətin işıgında”
Mövzu: Heydər Əliyev və Azərbaycan demokratik institutlaşma məsələləri.
7. Düşənbə: Tacikistan “İstoklal” otelinin böyük zalı
12-14 may 2009-cu il
Konfransın adı: Azərbaycan-Tacikistan əlaqələri müasir mərhələdə.
Mövzu: Azərbaycan Respublikasının demokratikləşdirilməsi prosesində Heydər Əliyevin rolu.
8. Kipr: Lefkoşa: “Qolden Tulip” oteli.
12-16 noyabr 2009-cu il.
Konfransın adı: Kipr sülh adasıdır.
Mövzu: Kipr probleminin həlli perspektivləri; beynəlxalq hüquq və təcrübə.
9. Çeşmə. İzmir: Ege Universitesi, Türk Dünyası Araşdırmaları Enstitüsü.
19-25 aprel 2010-cu il.
Konfransın adı: II. Uluslararası Türk Dünyası kültür kongresi.
Mövzu: Azerbaycan Cumhuriyyetinin Uluslararası Teşkilatlarla İlişkilerinin Özellikleri.
10. Rusiya Federasiyası. Tuapse ş. «Karavella» mehmanxanası
29-30 aprel 2010.
Konfrans: Birlikdə qazanılan Böyük Qələbə: Qafqaz-Böyük vətən müharibəsi illərində
Mövzu: Böyük Vətən müharibəsi birlik təcrübəsi kimi
11. Bakı. Gülüstan sarayı.
08 may 2010-cu il
Konfransın adı: Heydər Əliyev və inkişafın Azərbaycan modeli.
Mövzu: Azərbaycanın sosial-iqtisadi inkişafının başlıca istiqamətləri və əsas xüsusiyyətləri.
12. Belarus. Baranoviçi ş. Baranoviçi Dövlət Universiteti.
28-29 aprel 2011-ci il
Konfrans: İqtisadiiyat və hüququn aktual problemləri
Mövzu: Mürəkkəb iqtisadi sistemdən rəqabətədavamlı formaya təkamul yolu ilə keçid.
13. Bakı. Gülüstan sarayı.
07 may 2011-ci il
Konfransın adı: “Heydər Əliyev və Azərbaycanın müasirləşmə strateqiyası”
Mövzu: Milli enerji, milli dövlət və milli elita: müasir cəmiyyət quruculuğuna doğru.
14. Kiyev-Odessa. Rus mətbuatı beynəlxalq Assosiasiyası.
14-17 iyun 2011-ci il
Konfrans: XIII Beynəlxalq rus mətbuatı konqresi
Mövzu: Azərbaycanda rusdilli mətbuatın perspektivi
15. London. Beynəlxalq Elmlər Akademiyası və Londonda Yüksək Təhsil. Böyük Britaniya.
11-18 aprel 2011-ci il
Konfrans: III Beynəlxalq elmi-praktik konfransı «İnsan cəmiyyəti inkişafının müasir problemləri»
Mövzu: Asiyadan Avropaya miqrasiya: bir-biri ilə möhkəm ayrılmaz bağlılıq Avrasiyada simmetrik inteqrasiya və millətlərarası münasibətləri təmin edən faktor kimi
16. London. Beynəlxalq Elmlər Akademiyası və Londonda Yüksək Təhsil. Böyük Britaniya.
21-28 aprel 2011-ci il
Konfrans: IV Beynəlxalq elmi-praktik konfransı «İnsan cəmiyyəti özünütəşkil formalarının inkişaf və quruluş problemləri»
Mövzu: Qloballaşmanın müasir dünya siyasətinin formalaşmasına təsiri
17. Belarus. Baranoviçi ş. Baranoviçi Dövlət Universiteti.
24-25 noyabr 2011-ci il
Konfrans: Beynəlxalq elmi-praktiki konfrans
Mövzu: Qloballaşma və müasir beynəlxalq münasibətlər sisteminin qarşılıqlı əlaqələri
18. Belarus. Brest ş. Brest Dövlət Texniki Universiteti.
28-29 aprel 2012-ci il
Konfrans: III Beynəlxalq elmi-praktiki konfrans
Mövzu: Belarus Respublikasının innovativ inkişafının perspektivləri
19. Belarus. Baranoviçi ş. Baranoviçi Dövlət Universiteti.
26-27 aprel 2012-ci il
Konfrans: Beynəlxalq elmi-praktiki konfrans «İqtisadiyyat və hüququn actual problemləri»
Mövzu: Qloballaşma beynəlxalq münasibətlərin tarixi inkişafının nəticəsi kimi
20. Gürcüstan.Tbilisi ş. Marriott Courtyard Hotel.
10-11 noyabr 2014-cü il
Konfrans: 11TH SOUTH CAUCASUS MEDIA CONFERENCE
Mövzu: Latest media freedom developments in the South Caucasus, Challenges, opportunities and strategic dilemmas for public service broadcasters in the digital age, Status and perspectives of public service broadcasting in the South Caucasus
21. Kipr: Ercan. Acapulco oteli.
14-17 noyabr 2014-cü il.
Konfransın adı: Türk Dili Konuşan Ülkeler ve Toplulukların Güncel Sorunları Bağlamında Medya.
Mövzu: Dağlık Karabağ Sorunu ve Uluslararası Medyanın Yaklaşımı.
22. Latviya: Riqa. PK Riqa oteli
02-04 may 2015-ci il
Konfransın adı: UNESCO-nun Ümumdünya Mətbuat Azadlığı Günü–2015
Mövzu: Söz və məlumat azadlığı, jurnalistikada təhlükəsizlik və gender bərabərliyi məsələləri.
23. Bakı. Fairmont oteli
07 may 2015-ci il.
Konfransın adı: Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycanın Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş “AZƏRBAYCAN MÜASİR DÜNYADA” mövzusunda keçirilən konfrans.
24. Bakı. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
14 may 2015-ci il.
Konfransın adı: Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II respublika elmi-praktiki konfransı
Mövzu: İnformasiya təhlükəsizliyinin humanitar problemləri
25. Gürcüstan: Tbilisi.
06-07 iyul 2016-cı il
Konfransın adı: 13-cü Cənubi Qafqaz Media Konfransı
Mövzu: KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar.
26. Azərbaycan: Bakı, Fairmont oteli
29-30 sentyabr 2016-cı il
Konfransın adı: V Bakı Beynəlxalq Humanitar Forum
Mövzu: “Davamlı inkişaf və ekoloji sivilizasiya”
27. Azərbaycan: Bakı
03 oktyabr 2016-cı il
Konfransın adı: İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı
28. Azərbaycan: Bakı, Bakı Dövlət Unveristeti
11 oktyabr 2016-cı il
Konfransın adı: “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər”
Mövzu: Qonşu ölkələrin KİV-lərinin Azərbaycan dövlətinə yönəlik davranışları
29. Azərbaycan: Bakı, AMEA Qafqazşünaslıq İnstitutu
17-18 aprel 2017-cı il
Konfransın adı: “Qafqazşünasların I Beynəlxalq Forumu”
Mövzu: Cənubi Qafqazda mövcud geostrateji vəziyyət müasir beynəlxalq siyasi proseslər kontekstində
30. Azərbaycan: Bakı, Bakı Konqress Mərkəzi
4-6 may 2017-ci il
Konfransın adı: “IV Ümumdünya Mədənəiyyətlərarası Dialoq Forumu”
Mövzu: Yeni milliyyətçiliyin yaranması: populizm və qütbləşmənin qarşısını necə almalı
31. İran: Tehran
6-8 avqust 2017-ci il
Konfransın adı: “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında”
Mövzu: İslam həmrəyliyi və media: İran-Azərbaycan münasibətləri kontekstində
Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
1. Əksmərkəzləşdirmə siyasəti: Azərbaycanda yerli özünüidarəetmənin inkişafında rolu.
Mehdi İldırım oglu Səlimzadə.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 27.12.2007 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
2. Azərbaycanda demokratik dövlət quruculugu prosesində siyasi təsisatların inkişaf xüsusiyyətləri.
Abbaszadə Elnur Arif oglu.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 30.06.2007 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
3. Müasir şəraitdə insan hüquqlarının təminatında ombudsmanın rolu: Azərbaycan Respublikası timsalında.
Reha Ali oglu Yılmaz.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 28.02.2007 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
4. Azərbaycan Respublikasında siyasi mətbuatın formalaşması və inkişafında Heydər Əliyevin rolu.
Tahir Tais oglu Məmmədov
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 31.10.2008 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
5. Xəzər regionunda Azərbaycanın milli mənafeyinin proritet istiqamətləri.
Elmir Məmməd oğlu Bağırov.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 30.04.2008 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
6. Azərbaycan Respublikasında siyasi proseslərdə televiziyanın yeri və rolu.
İsmayıl Abbas oglu Ömərov.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 30.05.2009 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
7. Ermənistan-Azərbaycan, Daglıq Qarabag münaqişənin nizama salınmasında ATƏT-in rolu.
Bahar Əvəz qızı Muradova.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 30.10.2009 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
8. Azərbaycan-Polşa münasibətləri.
Azər Hacı oğlu Cəfərli.
İxtisas: 23.00.01 - Siyasətin nəzəriyyəsi, siyasi elmin tarixi və metodologiyası.
Müdafiə 30.11.2010 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
9. Xəzərin milli sektorlara bölünmə prinsipində regional təhlükəsizlik problemi.
Əsədullah Mahmud oglu Süleymanov.
İxtisas: 23.00.04 – Beynəlxalq münasibətlırin və qlobal inkişafın siyasi problemləri.
Müdafiə 31.05.2011 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən FD.02.101 Dissertasiya Şurası.
10. Sosial idarəetmə sistemində siyasi mədəniyyətin funksiyaları.
Nigar Fikrət qızı Qıhrımanova.
İxtisas: 23.00.01 - Siyasətin nəzəriyyəsi, siyasi elmin tarixi və metodologiyası.
Müdafiə 29.10.11 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən FD.02.101 Dissertasiya Şurası.
11. Ermənistan Respublikasının terrorizm siyasəti və ondan Azərbaycan Respublikasına qarşı istifadə olunması.
Məcidli İlqar Tofiq oğlu.
İxtisas: 23.00.04 - “Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri”.
Müdafiə 30.04.12 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində FD.02.101 Dissertasiya Şurası.
12. Birinci Dünya Müharibəsinin son mərhələsində Azərbaycan-Türkiyə münasibətləri.
Sadıxov Vaqif Yasin oğlu
İxtisas: 23.00.04 - “Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri”.
Müdafiə 30.11.12 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində FD.02.101 Dissertasiya Şurası.
13. Qeyri-Hökumət təşkilatlarının ictimai-siyasi sistemdə yeri: Milli və beynəlxalq təcrübə.
Quliyev Azay Əjdər oğlu
İxtisas: 5904.01 - “Siyasi institutlar və sistemlər”.
Müdafiə 27.12.13 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində FD.02.101 Dissertasiya Şurası.
14. Azərbaycan siyasi sistemin modernləşməsi şəraitində dövlət informasiya siyasəti (KİV timsalında)
Xalid Qüdrət oğlu Niyazov
İxtisas: 5904.01 - “Siyasi institutlar və sistemlər”.
Müdafiə 30.09.14 AMEA İnsan Hüquqları üzrə Elmi Tədqiqat institutu nəzdində yaradılmış FD. 01.242 Müvəqqəti Dissertasiya Şurası.
15. Azərbaycan xalqının siyasi antrapologiyası
Eldar Qurban oğlu Əmirov
İxtisas: 5901.01 - «Beynəlxalq münasibətlər»
Müdafiə 26.05.2015. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində FD 02.101 Dissertasiya Şurası
16. Mətbuat dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi (müasir Azərbaycan mətbuatının materialları əsasında)
Aytəkin Əli qızı Zeynalova
İxtisas: 5720.01 – Jurnalistika
5901.01 – Beynəlxalq münasibətlər
Müdafiə 30.10.15 Bakı Dövlət Universitetinin nəzdində təşkil edilmiş FD.02.013 Dissertasiya Şurası.
17. Azərbaycan Respublikasının Dünya Birliyinə inteqrasiyası (Avropa İttifaqı ilə münasibətlər)
Nurlan Nadir oğlu Əliyev
İxtisas:5901.01 – “Beynəlxalq münasibətlər”
Müdafiə 29.07.2016. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində FD 02.101 Dissertasiya Şurası
18. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyətinin təhrif edilməsində ermənipərəst xarici informasiya vasitələrinin rolu
Süleymanova Nəsrin Mehman qızı
İxtisas: 5901.01 - “Beynəlxalq münasibətlər”
Müdafiə 30.09.2016. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində FD 02.101 Dissertasiya Şurası
Redaksiya heyəti üzvü olduğu beynəlxalq və yerli jurnallar
1. Geostategiya jurnalı.
2. İqtisadiyyat və hüququn aktual problemləri