Haji Jabrayil Alizade
Quick Facts
Biography
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri.
Həyatı
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci il tarixində Nardaran kəndində anadan olmuşdur. 1959-cu il tarixində Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır.
Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir.
Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü il tarixində saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir.
İctimai-siyasi fəaliyyəti
Hacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.
Hacı Cəbrayıl Əlizadə 1 iyul 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 14 nömrəli fərmanı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin vəzifələrini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 680 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.
Hacı Cəbrayıl Əlizadə 1993-cü ilin dekabr ayında Bakı və Kəndlər Birliyinin sədri seçilmişdir.
Hacı Cəbrayıl Əlizadə 1995-ci ilin aprel ayında Vəhdət Partiyasının sədri seçilmişdir.