
Quick Facts
Biography
Salayev Hacı Hacı Baba oğlu — Azərbaycan Respublikası Milli Məclisinin IV -cü və V-ciçağırış deputatı.
Həyatı
Salayev Hacı Hacı Baba oğlu 28 iyun 1968-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. 1975-ci ildəBakı şəhərinə köçüb.
Təhsili
1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəb.
1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu,Plan-iqtisad fakültəsi.
2002-ci ildə Bakı Dövlət Universiteti,Hüquq fakültəsi.
Əmək fəaliyyəti
1985-ci ilin iyun ayında “İdman” İstehsalat Birliyində fəhlə vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1986-ci ilin noyabr ayından 1988-ci ilin oktyabr ayınadək Sovet Ordusu sıraları Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət.
Ordu sıralarından tərxis olunduqdan sonra “İdman” İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifələrində işləyib.
1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi “Şəbəkə” Filialının direktoru vəzifəsinə təyin olunub.
1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olmuşdur.
Ehtiyatda olan polkovnik rütbəli zabitdir.
2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək “TRUST” Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib.
2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib.
2006-cı ilin mart ayından 2010-cu ilin fevral ayınadək “TRUST” Mühafizə Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində işləyib.
29.11.2010-cu ildə IV-cü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub.
2011- 2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub.
2012-2015-ci illərdə Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri olub.
24.11.2015-ci ildə V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvüdür.
2016-cı ildən Milli Məclisin Azərbaycan-Estoniya Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri seçilib.
Təltifləri
2012-ci ildə “Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının 20 illiyi” («МПА СНГ.20 лет») medalı.
2015-ci ildə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” Medalı (Медаль «За укрепление парламентского сотрудничества»).
2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı.
2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin "PARLAMENT" medalı.
2018-ci ildə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” medalı.
2018-ci ildə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illiyi (1918-2018)” medalı.
2018-ci ildə "AZƏRBAYCAN ORDUSUNUN 100 illiyi (1918-2018)" YUBİLEY medalı.
Elmi fəaliyyəti
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.
Partiya mənsubiyyəti
Bitərəfdir.
Ailə vəziyyəti
Evlidir. Dörd övladı var.