Gyulbeniz Yusuf Azimzade
Quick Facts
Biography
Gülbəniz Yusif qızı Əzimzadə — Azərbaycan kinorejissoru, rejissor assistenti, Azərbaycanın əməkdar incəsənət xadimi (2000).
Mükafatları
Həyatı
1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra - 1963-1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969-1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974-1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. "Molodost-80", Kiyev şəhəri - priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz. G.Əzimzadənin ilk mühüm ekran işi R.İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Nəğmə dərsi" qısametrajlı bədii filmdir.
Anarın "Dantenin yubileyi" povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Onun "Təkcə adanı özünlə apara bilməzsə" adlı bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Rejissora böyük uğur qazandıran bu film 1980-1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. Bunlardan başqa, G.Əzimzadə "Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun "Müqəddəs oda yanaram" və "Ümid" adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.
Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də vəfat edib.
Filmoqrafiya
- Avqust gələndə (film, 1984)
- Beləliklə, biz başlayırıq (film, 1976)
- Dantenin yubileyi (film, 1978)
- Həyatın duzu (film, 2003)
- İmtahan (film, 1987)
- Qaladan tapılan mücrü (film, 1982)
- Qətl günü (film, 1990)
- Müqəddəs oda yanaram (film, 1991)
- Nəsimi (film, 1973)
- Ömrün səhifələri (film, 1974)
- Ötən ilin son gecəsi (film, 1983)
- Özgə vaxtın doğma anları (film, 2002)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Ümid (film, 1995)
İstinadlar
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.