peoplepill id: gafur-rashad-mirzazadeh
GRM
Azerbaijan
1 views today
1 views this week
Gafur Rashad Mirzazadeh
Azerbaijani educator, geographer, translator and editor

Gafur Rashad Mirzazadeh

The basics

Quick Facts

Intro
Azerbaijani educator, geographer, translator and editor
Gender
Male
Religion(s):
Birth
Place of birth
Shamakhi, Shemakha Uyezd, Baku Governorate, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
59 years
The details (from wikipedia)

Biography

Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə (1884, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası27 noyabr 1943, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqoq, naşir-mühərrir, tərcüməçi, coğrafiyaçı, publisist.

Həyatı

Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə 1884-cü ildə may ayının 6-da Şamaxıda, kasıb savadı olmayan Ələkbər kişinin ailəsində dünyaya gələn Qafur Rəşad artıq 7 yaşinda ibtidai təhsilini mollaxanada, daha sonra 1894- cü ildə altı illik şəhər məktəbində almşıdır. Qafurun şəhər məktəbində oxuduğu üçüncü ildə boyaqçı Ələkbərin maddi vəziyyəti xeyli çətinləşmişdi. O, artıq Qafurun məktəb xərcini vermək iqtidarında olmadığından onu məktəbdən çıxarmaq istəyirdi. Lakin Qafur yaxşı oxuduğu üçün məktəbin müdüriyyəti onun xərcini hökumət hesabına ödəyir. 1901-ci ildə 17 yaşlı Qafur Şamaxı şəhər altı illik məktəbi bitirir. Onun daha oxumağa maddi imkanı olmadığından müəllimlik etmək qərarına gəlir. Daha sonra 1920-22 ci illərdə o ikiillik Ali Pedaqoji İnstitutda oxuyur, 1923-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub, 1927-ci ildə 43 yaşında ikən oranı bitirir.

Müxtəlif mənbələrdən Qafur Rəşadın müəllimlik və maarifçilik fəaliyyətinə nəzər saldıqda görürük ki, o 18 yaşı tamam olmadan 1902-ci ildə Lahıc kəndinə müəllim təyin olunur. Birinci üç ildə kənddə xüsusi məktəb binası olmadığından dərslər darısqal bir evdə keçirilirdi. Sonralar maarifə çox həvəs göstərən kənd əhalisinin köməyi ilə məktəb üçün yeni bina tikilir və gənc müəllimin iş fəaliyyəti xeyli yaxşılaşır. Bundan sonra məktəbə gələn uşaqların sayı ilbəil artır, yaşlılar belə savadlanmağa həvəs göstərirdilər. Bundan ruhlanan Qafur öz təşəbbüsü ilə yaşlılar üçün axşam kursları təşkil edir.

Yaradıcılığı

Qafur Rəşad türk, fars, və rus dillərində çoxlu kitablar oxuyur və biliyini artırır. 1906-cı ildən sonra nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı Qafuru çox sevindirir. O, bu jurnalı müntəzəm alır və axşam kursları müdavimləri üçün oxuyurdu.

Milli məktəblərin dərsliklərlə təmin olunması sahəsində Qafur Rəşadın xidmətləri böyükdür. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad "Qafqaz coğrafiyası" (1910), "İbtidai coğrafiya" (1922), "ümumi coğrafiya" (1923), "Coğrafiya terminləri lüğəti" (1923), "SSRİ-nin iqtisadi coğrafiyası" (1941), "Xəritə üzərində əməli iş" (1943) və s. adlar altında 18 dərslik və vəsait yazıb nəşr etdirmişdi. "Rəhbəri-sərf" (Məhəmmədsadıq Axundovla birgə, 1910), "Rəhbəri-hesab" (Əbdürrəhman Əfəndizadə ilə birgə, 1910) dərslikləri uzun illər məktəblərdə tədris olunmuşdu. Bununla yanaşı, milli uşaq ədəbiyyatının inkişafında da Qafur Rəşadın xidmətləri böyükdür. O, Azərbaycanda "Məktəb" adlı sayca ikinci uşaq jurnalının (1911–1920) və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyniadlı birinci mətbəənin təsisçisidir (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birgə). Cümhuriyyət dövründə nəşr olunmuş "Məktəb" jurnalı uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynamışdır. Qafur Rəşadın təşəbbüsü ilə mətbuat tariximizdə şərəfli yer tutan, minlərlə azəri uşaq və gənclərin maariflənməsində müsbət rol oynayan “Məktəb” jurnalı yaranır. Həmin jurnalın bir neçə nüsxəsi də Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda qorunub saxlanılır. Bu jurnalın 1911-ci il noyabrın 29-da çıxan ilk nömrəsində N.Nərimanov yazırdı: "Şükür olsun ki, bu axırıcı illərdə məktəblər artır, camaatda məktəbə az da olsa bir rəğbət, bir ehtiyac hissi oyanır, məktəblər artdıqca başqa ehtiyaclarımız da meydana çıxır. O cümlədən, bu gün ən möhtac olduğumuz şeylərdən biri də uşaqlara məxsus bi məcmuə olduğu şübhəsizdir. Doğrudanda bu böyük ehtiyacımızı hər kəs bilib təsdiq etməkdədir. Bu xidmət üçün çalışmaq lazımdır. Əcəba bunun üçün kim çalışmalıdır?. Şübhəsiz ki, bunun üçün uşaq ataları və bilxassə möhtərəm müəllim və müəllimlələr çalışmalıdırlar. Biz isə arada bir vasitə ola bilərik.... Biz gedən yol qaranlıq, daşlı-torpaqlı, iti tikanlarla səpələnmiş olarsa, sizin həyatınzın yolu işıq, təmiz, yumşaq görünür.... Ağızlarımız bağlı, fikirlərimiz dağınıq, halımız qayət pərişan idi...Bizim qüvvətimiz mənfur müharibələrə sərf olundu, sizin qüvvətiniz isə bütün təhsilə, elmə sərf olunacaqdır". "Məktəb" jurnalına nəzər saldıqda qeyd etmək olar ki, burada o zamanın ən qabaqcıl azəri şair və yazıçıları iştirak edirdilər. Onlardan N.Nərimanovu, A.Şaiqi, H.Cavidi, A.Səhhəti, S.S.Axundovu qeyd etmək vacibdir. "Məktəb" jurları Qafur Rəşadın və demokratik ziyalıların hümməti ilə yaranıb və təqribən 9 il ömür sürdü. O, pedaqoq-yazıçıları jurnalın ətrafına toplamış, orijinal şeir və hekayələrdən, müxtəlif dillərdən edilən tərcümələrdən, elmi-kütləvi məqalələrdən ibarət zəngin uşaq ədəbiyyatı xəzinəsi yaratmış, yeni yazıçı nəslinin yetişməsi işində böyük xidmət göstərmişdir.

1905-ci ildə Bakıda bir sıra maarif və mədəniyyət ocaqları yaranmışdır. Belə ocaqlardan biri də "Nəşr-maarif" xeyriyyə cəmiyyəti idi. Bu cəmiyyət müəllimləri hazırlamaq üçün "Darulmüəllimin islam" (seminariya) adlı bir məktəb açmışdı. Qafur Rəşad Lahıc məktəbində müəllimlik edərkən ara-sıra Bakıya gəlir, müəllimlərin yığıncaqlarında iştirak edirdi. Bakı ziyalıları arasında bilikli və bacarıqlı bir müəllim kimi tanınan Qafur Rəşad 1907-ci ilin axırında “Nəşr maarif” cəmiyyəti tərəfindən Bakıya dəvət olunur. “Nəşr maarif” cəmiyyətinin başında duranlar bu istedadlı müəllimin bacarığından dini qanunların təbliğatı üçün istifadə etmək istəmişlər. O, əmr üzrə azəri dili müəllimi vəzifəsinə təyin olunduğu halda, ona şəriyyətdən dərs deməyi təklif etmişlər. Əlacsiz qalan Qafur üç ay şəriət dərsi deyəndən sonra, ərizə verib bir müddət seminariyadan uzaqlaşır. Qafur Rəşad 1916-cı ildə ana dilindən dərs demək üçün Bakı II realnı məktəbinə, iki il sonra isə Bakı I realnı məktəbinə dəvət edilir. O, dövrdə bu məktəbdə A.Şaiq, C.Cəbrayılbəyli, X.Kələntərli kimi təcrübəli müəllimlər çalışırdı. 1919-cu ildə 50-ə qədər sinfi olan Bakı I realnı məktəbində yalniz bircə milli sinif vardı. Bu sinifin rəhbəri A. Şaiq, coğrafiya müəllimi isə Qafur Rəşad Mirzəzadə idi.

Q.R.Mirzəzadənin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən başlayır ki, bu zaman təlim işində hələ də XVIII əsrdən qalma sual-cavab üsulu əsas yer tuturdu.Uşağın biliyinin yalnız sual-cavabla yoxlayarkən, çox vaxt uşaq müəllimə verdiyi cavabın mahiyyətini başa düşmürdü. Bu üsul 1915-ci ildə Birinci Ümumrusiya müəllimləri qurultayında pisləndi və qəbul edilən yeni proqrama əyani vasitələrdən istifadə etmək məsələsi ön plana çəkildi. Lakin coğrafiya təlimindəki bu yeni istiqamət, Azərbaycanda yalnız 20-ci illərdə geniş surətdə tətbiq edilməyə başladı. Coğrafiya təlimində yeni üsulların ən qabaqcıl tərəfdarı olan Qafur Rəşad: "Bu günün coğrafiyası keçmişin coğrafiyası kimi, şagirdlərdə cansız isimlər, uzun rəqəmlər əzbərləməkdən ibarət deyildir. Bu günün coğrafiyası şagirdlərin ruhunu oxşayan, onları özünə cəlb edən mühakimlər, müşahidələr, mülahizələr, mühakimələr coğrafiyasıdır" - deyirdi.

Qafur Rəşadın maarifçilik fəaliyyəti çox geniş idi. İngilabdan əvvəl azəri dilinin qrammatikasını dərslik kimi işləyənlərdən biri də Qafur Rəşad idi. Onun müəllim Məmmədsadıq Axundzadə ilə birlikdə tərtib etdiyi "Rəhbəri sərf" kitabından Azərbaycan məktəbləri uzun müddət (1910-1921-ci ilə qədər) istifadə etmişdir. Həmin kitab dilinin səlisliyinə və ifadələrin dəqiqliyinə görə özündən əvvəlki qrammatika dərsliklərindən xeyli fərqlənirdi.

ADR dönəmində eyni zamanda bir sıra yeni dərsliklər də hazırlandı ki, bu işdə görkəmli maarifçilərdən Səməd bəy Acalov, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Cəmo bəy Cəbrayılbəyli, Ağa bəy İsrafilbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Abdulla bəy Əfəndizadə, Qafur Rəşad Mirzəzadə, Axund Yusif Talıbzadə, Firidun bəy Köçərli və başqalarının xidmətləri vardı.

Qafur Rəşad Mirzəzadə həm də naşir idi. O, Mirzə Abbas Abbaszadə ilə dostluq edirdi. Ona ürək-dirək verirdi. Belə bir şəraitdə M.A.Abbaszadə böyük ruh yüksəkliyi ilə qadınları savadlandırmaqla, yeni dərs kitabları tərtib etməklə, kasıb, yetim və kimsəsiz oğlan və qızları milli dövlət məktəblərinə, eləcə də özünün xüsusi məktəbinə cəlb etməklə, qəzetlərə məqalələr yazmaqla məşğul olurdu. O, dərs dediyi qızların qiraət kitablarına tələbatını ödəmək, eləcə də Azərbaycan qadınlarını ictimai-mədəni gerilikdən, mənəvi kasıblıqdan qurtarmaq üçün ilk dəfə 1914-cü ildə çap etdirdiyi "Arvad ağısı" kitabını 1918-ci ildə Azqurdan qayıdan kimi yenidən nəşrə vermişdir. Əlavələrlə 32 səhifədən ibarət bu kitab Qafur Rəşad Mirzəzadənin naşirliyi ilə Bakıda "Məktəb" jurnalının elektrik mətbəəsində çapdan çıxmışdır.

Qafur Rəşad Mirzəzadə həm də jurnalist idi. Pedaqoji fikir tariximizdə maarif xadimi və müəllim kimi tanınan S.Sani, eləcə də "Məktəb"in redaktor və naşirləri Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə yaxşı bilirdilər ki, başqa realist əsərlərdə olduğu kimi, "hər bir nağılda həqiqət ünsürləri vardır". Onlara öz pedaqoji təcrübələrindən məlum idi ki, nağıllar və nağıl səpkisində yazılmış rəngarəng hekayələr uşaqların dünyagörüşlərinin genişlənməsində, əxlaqi və mənəvi inkişafında mühüm rol oynayır.

Həyatın bütün və hərtərəfli inkişafının işıqlandırılmasında coğrafiya kitabının böyük əhəmiyyətini qeyd edərək Qafur Rəşad "Azərbaycan coğrafiyası" adlı əsərində göstərir: "Buradakı məlumat yalnız statistika deyil, dinamika halında da təsəvvür edilərək, hər sahədəki tərəqqi və inkişafımızı mümkün dərəcədə göstərmişdir". Qafur Rəşadın həyat müşahidəsi və təcrübəsi çox geniş idi. Çünki o, uzun müddət, 29 il səyahət etmişdir. O, Azərbaycanın bütün rayonlarını, Orta Asiyanı, Sibiri, Gürcüstanı, Ukrayna və Belarusiyanı, son səyahəti isə 55 yaşında ikən Uralda olmuşdur. Qafur Rəşad 17 yaşına qədər Şamaxıda, 24 yaşına qədər Lahıcda və ömrünün qalan 35 ilini Bakıda yaşamışdır. Ömrünün son iki ilində o, müəllimlik etməklə yanaşı, Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəb İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.

Vəfatı

Q.R.Mirzəzadənin vəfatı ilə bağlı Fondda saxlanılan ailə üzvlərinin xatirələrində qeyd olunur: "Xalqımızın Hitler Almaniyası ilə savaşının ən qızğın vaxtında kənd təsərrüfatına rəhbərlik edə biləcək adama tələbat xeyli artmışdı, bu zaman 1943-cü ilin may ayında o, partiyanın çağırışına səs verərək Şamaxı rayonuna göndərilmişdir. Burada o, gücünü əsirgəmiyərək, canını qorumayaraq kənd təsərrüfatı işinə rəhbərlik etmiş və ən çətin şəraitdə onu müvafiq vəziyyətə qaldırmışdır. Ailəsindən ayrı qaldığına görə o, qida rejimini pozmuş, xeyli yorulmuş, bu da onun səhhətində fəsad vermiş və o yüksək hərarətlə Bakıya xəstəxanaya çatdırılmışdır. 1943-cü ilin noyabr ayına qədər o xəstəxanada qalmışdır. Bizim təqidlərimizə baxmayaraq o, bizlərə əziyyət verməmək üçün evə getməyə razılıq vermir və yalnız noyabr ayının 6-da ağır vəziyyətdə biz onu evə gətirməyə müvəffəq oluruq. Burada ailə üzvlərimizin, qohum və tanışlarımızın arasında noyabr ayının 27-də o vəfat edir".

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Gafur Rashad Mirzazadeh is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Gafur Rashad Mirzazadeh
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes