peoplepill id: fuad-memmedov
FM
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Baku, Russian Empire
Age
43 years
Education
Azerbaijan Technical University
The details (from wikipedia)

Biography

Məmmədov Fuad Faiq oğlu — texnika elmləri namizədi, dosent.

Həyatı

Fuad Məmmədov 14 sentyabr 1981–ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001–ci ildə Azərbaycan Texniki Universitetini "istilik çeviricisi, qeyri–ənənəvi və bərpa olunan enerji mənbələri və qurğuları" ixtisası üzrə bakalavr, 2003–cü ildə isə oranın "enerjinin çevrilməsində gedən proseslərin istilik fizikası" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti

2003–2006–cı illərdə AMEA–da aspiranturada təhsil almışdır. 2007–ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunda "Günəş enerjisindən istifadə etməklə xam neftin emala hazırlanması üçün energetik qurğunun işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

60-a yaxın elmi əsərin (Böyük Britaniya, Cənubi Afrika Respublikası, Rumıniya, Avstriya, Tayvan, Rusiya, Türkiyə, İran), o cümlədən 7 ixtiranın, eləcə də günəş və külək energetikası sahəsində tətbiq olunan bir neçə energetik qurğunun müəllifidir. 2008–ci ildən hal–hazıra kimi Dünya Bərpa Olunan Enerji Şəbəkəsinin (WREN) keçirdiyi Dünya bərpa olunan enerji konqresində (WREC) Beynəlxalq Redaksiya Heyətinin Azərbaycandan üzvüdür. Azərbaycanda ilk dəfə olaraq nəşr olunan yeddi dilli (Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan) "Günəş energetikası terminləri lüğəti"nin müəllifidir.

Fuad Məmmədov ilk dəfə olaraq yüksək temperaturlu və günəş izləyici sistemlərə malik parabolosilindirik və paraboilk konsentratorlu energetik qurğular, müxtəlif formalara malik və fərqli materiallardan hazırlanmış, günəş izləyici sistemlərlə təchiz olunmuş qurğular işləyib hazırlamış və tətbiq etmişdir . Bunlar yastı günəş kollektorları, günəş hava qızdırıcısı, günəş istilik akkumulyatoru, günəş fotoelement gücləndiricisi, kombinə olunmuş yastı günəş kollektor-akkumulyatoru, günəş mətbəxi, ikikonturlu istilikdəyişdirici, Stirlinq mühərriki, buxar turbini, şaquli və üfüqi oxlu külək mühərrikləridir.

İşləyib hazırladığı günəş və külək energetik qurğuları

  1. Parabolosilindirik konsentratorlu günəş energetik qurğular;
  2. Paraboilk konsentratorlu günəş energetik qurğusu;
  3. Yastı günəş kollektorları;
  4. Günəş hava qızdırıcısı;
  5. Günəş istilik akkumulyatoru;
  6. günəş fotoelement gücləndiricisi;
  7. Kombinə olunmuş yastı günəş kollektor-akkumulyatoru;
  8. Günəş mətbəxi;
  9. Bir və ikikonturlu istilikdəyişdiricilər;
  10. Stirlinq mühərriyi;
  11. Buxar turbini;
  12. Şaquli və üfüqi oxlu külək mühərrikləri.

Qurğularla bağlı bəzi istinad mənbələri:

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Fuad Məmmədov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Fuad Məmmədov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes