Fuad Abdullayev
Quick Facts
Biography
Fuad Abdullayev - Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent.
Həyatı
Fuad Abdullayev 1 fevral 1956-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1963-1973-cü illərdə Mişni kənd orta məktəbində oxuyub.
1973-1978 ci illərdə BDU-nun mexanika-riyaziyyat fakultəsində əyani təhsil alıb.
1990-cı ildən BDU-da çalışır.
Subaydır.
Təhsili, elmi dərəcəsi və elmi adları
1973-1978, tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU.
1981-1984, aspirant, Mexanika-riyaziyyat fakültəsi, BDU.
1984, f.-r.e.n., «Çoxqat sinquliyar inteqrallar hamarlıq modullarında»
Əmək fəaliyyəti
1999- h/h , dosent, Riyazi analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
1994-1999, dosent əvəzi, Riyazi analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
1990-1994, baş müəllim, Riyazi analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
Apardığı dərslər: Riazi analiz (bakalavr pilləsində), Çoxölçülü analiz (ixtisas kursu), Analitik funksiyaların sərhəd xassələri və sinqulyar inteqral tənliklər (magistratura pilləsində).
30 elmi məqalənin və 2 kitabın müəllifidir.
Tədqiqat sahəsi
- Sinqulyar inteqral operatorlar və sinqulyar inteqral tənliklər.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- 2001,Moskva, Rusiya: A.A.İlyuşinin anadan olmasının 90 illiyinə həsr olunmuş «Deformasiya olunan cisimlərin mexanikası
problemləri»
- 1999, Voronej, Rusiya: «Funksiyalar nəzəriyyəsinin müasir problemləri »
Seçilmiş əsərləri
1.Bir sinif sərhəd inteqral tənlikləri üçün kollokasiya üsulunun əsaslandırılması. - Diferensial tənliklər, №1,2002.(Rus dilində).
2.İkidəyişənli funksiyalar üçün bəzi multiplikativ bərabərsizliklər haqqında. - Azərbaycan Respublikası, «Təhsil cəmiyyəti»,«Bilgi» dərgisi, fizika, riyaziyyat, yer elmləri, Bakı, №2, 2004.(Rus dilində).
3.Hilbert nüvəli ikiqat sinqulyar inteqralın struktur xassələri haqqında.- Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Bakı, 2004.(İngilis dilində).
4.Bir sinif qeyri-xətti sinqulyar inteqral tənliyin təqribi həlli haqqında.-Xəzər Riyaziyyat Jurnalı, №3, c.2, 2006. (İngilis dilində).
Kitablar
1.Ardıcıllıqlar cəbri.-Dərs vəsaiti, Bakı, 2004.(Azərb.dilində).
2.Furye sıraları nəzəriyyəsinə giriş.- Dərs vəsaiti, Bakı, 2004.(Azərb.dilində).