Firudin Qurbansoy
Quick Facts
Biography
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz. |
Firudin Qurbansoy - Yazıçı. Ssenari müəllifi. Filmlərdə iştirak edən.
Həyatı
Firudin Qurbansoy (Firudin Qurbanov Əliağa oğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1977). 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənərək bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə edib. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri “Canım Qırat, gözüm Qırat” Abdulla Şaiq adına Kukla Teatrında, “Xəta” Naxçıvan Dövlət Dram Teatrında, “Cənnətin astanasında”, “Oxu tar” Muğam Teatrında, “Dədə Qorqud sorağında”, “Haray” digər teatrlarda səhnələşdirilib. Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır. Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. Filologiya üzrə fəlsəfə doktoru (1990), dosentdir.
Fəaliyyəti
Firudin Qurbansoyun qələmə aldığı pyeslər – "Canım Qırat, Gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin Astanasında", "Oxu Tar" Muğam Teatrında, "Dədə Qorqud Sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib.
Əsərlərinin demək olar ki, hamısı konkret tarixi şəxsiyyətlərdən bəhs edir.
Filmoqrafiya
- Aləmdə qalan səs (film, 2001)
- Səbrli adamın fəryadı (film, 2002)
- Sonuncu orden (film, 2002)
- Yenə o bağ olaydı (film, 2002)
- Dağlı çörəyi (film, 2007)