Fariz Abdullayev
Quick Facts
Biography
Fariz Abdullayev — "Azərbaycan Real Aykido İdman Klubu"-nun prezidenti, "Ümumdünya Real Aykido Mərkəzi"-nin Azərbaycanda yeganə, rəsmi nümayəndəsi, "Ümumdünya Real Aykido Mərkəzi"-nin "1-ci yığması"-nın üzvü, "Bodyguard Training Centre Vracarevic"-in Azərbaycanda yeganə, rəsmi nümayəndəsi, 4 qat Beynəlxalq Seminar iştirakçısı, "Beynəlxalq Döyüş Növləri Festivalı" iştirakçısı, Real Aykido üzrə 4-cü Dan və Budo Döyüş Növləri üzrə 2-ci Dan qara kəmər ustası.
Həyatı
Fariz Abdullayev Elsevər oğlu 1989-cu il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə "Milli Aviasiya Akademiyası"-nın "İqtisadiyyat və Hüquq" fakultəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. Hazırda "Bədən tərbiyəsi və İdman Akademiyası"- nın tələbəsidir. 2010-2011-ci illərdə hərbi xidmətini başa vurur.
Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə "Ümumdünya Real Aykido Mərkəzi"-nin ("WCRA"-nın) üzvü edir. 2012-ci ilin İyun ayında o "WCRA"-nın Prezidenti, "Real Aykido" döyüş növünün yaradıcısı, 10-cu Dan qara kəmər sahibi, Akademik, General Ljubomir Vracarevic tərəfindən 3-cü Dan qara kəmərə layiq görülür və "Idman Ustası" dərəcəsi alır. 2013-cü il 9 mart tarixində ilk dəfə, daha sonra isə 2013-cü il 15 dekabr tarixində ikinci dəfə Azərbaycanı Serbiyanın Belqrad şəhərində keçirilən Beynəlxalq Real Aykido seminarında yüksək səviyyədə təmsil edir və fərqlənmə diplomu alır. 2013-cü il 6 iyun tarixində “Real Aykido” döyüş növünü Azərbaycanda inkişaf etdirdiyinə görə "Ümumdünya Real Aykido Mərkəzi" - nin Prezidenti tərəfindən qızıl medala layiq görülür. Eləcə də 2014-cü il 25 may tarixində yüksək təşkilatçılığı və işgüzarlığına görə Dünya Federasiyası tərəfindən növbəti qızıl medala layiq görülür.
17 noyabr- 20 dekabr 2014-cü il tarixdə Fariz Abdullayev Real Aykidonun vətəni olan Serbiyanın paytaxtı Belqrada səfər etdi. 33 günə 58 peşəkar məşq etdi, Azərbaycanı Beynəlxalq seminarda 3-cü dəfə yüksək səviyyədə təmsil etdi, 3 təşəkkürnamə aldı, Dünya federasiyasının mərkəzində 3 qrup məşq keçdi və Dünya federasiyasının 1-ci yığmasının üzvü oldu, “Bodyguard Training Centre Vracarevic” kursunu bitirdi və sertifikat aldı. 2015-ci ilin mart ayında Parisdə keçirilən “Beynəlxalq Döyüş Növləri Festivalı”-na dəvət alır, Azərbaycanı və Dünya Real Aykidosunu layiqincə təmsil edir. 2 fevral 2016-cı il tarixində Binəqədi Rayon İcra Başçısı tərəfindən Fəxri Fərmana layiq görülür. 24 fevralda isə Dünya Federasiyası tərəfindən Serbiyaya dəvət olunur. İmtahan verərək 4-cü Dan qara kəmər ustası adını qazanır. Eyni zamanda“Bodyguard Training Centre Vracarevic”-in Azərbaycan üzrə rəsmi nümayəndəliyi Fariz Abdullayevə həvalə edilir.
2013-cü il 20 iyun tarixindən etibarən "Azərbaycan Real Aykido İdman Klubu"-nun Prezidenti və "Ümumdünya Real Aykido Mərkəzi" - nin Azərbaycanda yeganə rəsmi nümayəndəsidir. Hal-hazırda sıravi vətəndaşlara və bir çox güc strukturlarının əməkdaşlarına özünümüdafiə sənətini öyrədir.