Farid Mammadov
Quick Facts
Biography
Fərid Adil oğlu Məmmədov (25 iyun 1974, Bakı) — sahibkar, Tərəqqi medalı mükafatçısı, "Caspian Event Organisers" şirkətinin baş direktoru, "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru, "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti.
Həyatı
Fərid Məmmədov 25 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş 1991-ci ildə bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tərəfindən Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışdır. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Fərid Məmmədov 1992–1994-cü illərdə hərbi qulluqdan qayıtmış və təhsilini davam etdirmişdir, eyni zamanda Material Ehtiyatları Nazirliyində 2000-ci ilədək çalışmışdır.
Fərid Məmmədov peşəkar avtomobil idmançısıdır. O yerli və beynəlxalq yarışlarda müxtəlif mükafatlar qazanmışdır.
Ailəsi
Ailəlidir, iki övladı var.
Biznes fəaliyyəti
1992–2000-ci illərdə Material Ehtiyatları Nazirliyində iqtisadçı/mühasib, 1999–2000-ci illərdə isə "ITE Group Plc" şirkətində məsləhətçi vəzifəsində işləyib.
2000-ci ildən etibarən Iteca Caspian LLC icraçı direktor vəzifəsini icra edir. 2007-ci ildə Beynəlxalq Sərgilər Assosiasiyası (UFİ) tərəfindən tanınan və təşkil olunan Sərgilərin Təşkili və İdarə edilməsi sahəsində təhsil alıb. 2014-cü ildən isə Caspian Event Organisers şirkətinin baş direktorudur. 2023-cü ilin noyabr ayından etibarən Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti vəzifəsini və "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
2024-cü il aprelin 24-də Bakıda "Azərbaycan-Başqırdıstan" biznes forumu çərçivəsində "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" və Başqırd Sərgi Şirkəti arasında əməkdaşlıq sazişləri imzalayıb.
Üzv olduğu təşkilatlar
№ | Üzvlük illəri | Təşkilatın adı |
---|---|---|
1 | 2004 - | Caspian European Club |
2 | 2005 - | Beynəlxalq Sərgilər Assosiasiyası (UFI) |
3 | 2005 - | Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının təşkilat komitəsi |
4 | 2010 - | "Baku Nobel Oil Club" biznes klubu |
5 | 2014 - | Azərbaycan Avtomobil Federasiyası (AAF) |
Mükafatları
- 2012. Emanuel Nobel memorial medalı (Bakı Nobel İrsi Fondu)
- 2013. Azərbaycan Kartinq Çempionatının mükafatçısı.
- 2018. Tərəqqi medalı.
- 2019. "Azərbaycan Narı" döş nişanı (Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinə göstərdiyi qayğı və diqqətə görə)
- 2019. V1 Challenge Gəncə yarışının qalibi.
- 2022. "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı.