Farid Lillahov
Quick Facts
Biography
Fərid Loğman oğlu Lillahov (6 mart 1999, Baş Daşağıl, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, Vətən müharibəsi şəhidi.
Həyatı
Fərid Lillahov 1999-cu il martın 6-da Oğuz rayonunun Baş Daşağıl kəndində Loğman və İntizar Lillahovların ailəsində anadan olub. 2005-2016-cı illərdə Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti
Fərid Lillahov 2019-2020 illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib.
Azərbaycan Ordusunun baş əsgəri olan Fərid Lillahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa-Xankəndi istiqamətində döyüşlərdə savaşıb. Fərid Lillahov noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində döyüşlər zamanı şəhid olub.Oğuz rayonunun Baş Daşağıl kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)