Farid Alizade
Quick Facts
Biography
Fərid Əlizadə (d.18 sentyabr 1985, Azərbaycan Bakı ş.) — Beynəlxalq Turan Oyunları Komitəsinin (ing. International Turan Games Committee (ITGC)) Prezidenti, Dünya Alpaqut Federasiyasının (ing. World Alpagut Federation (WAF)) İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiyasiyasının vitse-prezidenti.
Həyatı
Fərid Əlizadə 18 sentyabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2003-cü ildə 164 nömrəli məktəbi başa vurmuşdur.2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və 2019-cu ildə isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Fəaliyyəti
F.Əlizadə sahibkar kimi 1999-cu ildən biznes fəaliyyəti ilə,2009-cu ildən isə ictimai fəaliyyətlə məşğul olmuşdur.
2012-ci ildən İdman sahəsinə baş vurmuşdur. Türk Döyüş Sənəti Federasiyasında ilk olaraq 2012-ci ildə Maliyyə və İnternet Texnologiyaları üzrə vitse-prezident, 2013-cü ildə isə Beynəlxalq Əlaqələr üzrə vitse-prezident vəzifəsini icra etmişdir.
2014-cü ildə Dünya Alpaqut Federasiyası — Turan Döyüş Sistemlərini Vasif Namazov və Aqil Acalov ilə birgə qeydiyyatdan keçirmiş təsisçi, eyni zamanda idarə heyətinin qərarı ilə bu Federasiyanın Prezidenti olmuşdur. 2015-ci ilin Yanvar ayında istefasını vermiş və mart ayında yeni təyin olunan DAF Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Nizami Cəfərov tərəfindən Toraman Başad titulu verilərək DAF-ın fəxri prezidenti təyin olunmuşdur.
Bu İdman Federasiyasının hər il müntəzəm şəkildə illik təqvim planına əsasən Beynəlxalq tədbirləri həyata keçirilir.
2018-ci ilin Fevral ayından bu addan könüllü imtina edərək Beynəlxalq Turan Oyunları Komitəsinin Prezidenti vəzifəsini icra etməktədir.
2019-cu ildə Azərbaycan Döyüş Federasiyaları Assosiyasiyasının vitse-prezidenti seçilmişdir.
Mükafatları
- 28 dekabr 2019-cu il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilmişdir.