Farhad Jafarov
Quick Facts
Biography
Fərhad Cəfərov — AzMİU-nin tədris işləri üzrə prorektoru, texnika elmlər namizədi, dosent.
Həyatı
Fərhad Mövsüm oğlu Cəfərov 1970-75-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.
1985-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun qiyabi aspirantura şöbəsində təhsil alıb.
2004-cü ildə Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki seçilib.
1975-1977-ci illərdə Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və istismarı Nazirliyinin Layihə axtarış bürosunun böyük mühəndisi, şöbə rəisi, 1977-1982-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları, körpülər və tunellər» kafedrasının baş müəllimi, 1982-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Yol inşaat» fakültəsinin dekan müavini işləyib.
1992-1997-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları körpülər və tunellər» kafedrasının müdiri,
1997-2000-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Nəqliyyat» fakültəsinin dekanı vəzifələrində çalışıb.
Ömrünün sonuna qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, «Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili» kafedrasının müdiri olmuşdur.
50-dən çox dərc edilmiş əsərlərin, «Yollar kəsişmələrində mühəndisi qurğular», «Avtomobil yollarının istismarı» adında iki dərslik və «Nəqliyyatda ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadənin təşkili» adında bir dərs vəsaitinin müəllifidir.
Uzun müddət ürək çatışmazlığından əziyyət çəkən Fərhad Cəfərov 11 dekabr 2015-ci ildə vəfat etmişdir.