peoplepill id: eyvaz-qalamcali
EQ
Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Birth
Place of birth
Köhnəqışlaq, Aghstafa District, Azerbaijan
Place of death
Aghstafa District, Azerbaijan
Age
74 years
The details (from wikipedia)

Biography

Eyvaz Qələmçəli (1929, Köhnəqışlaq, Ağstafa rayonu19 mart 2003, Ağstafa rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib.

Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır.

Min yerdən atıldı odlu daş mənə,
Biri ona dəymədi, dəydi beş mənə.
Vətən torpağını yağı düşmənə
Satanlar qocaltdı, mən qocalmazdım.

-deyən şair 2003-cü ilin mart ayının 19-da dünyasını dəyişib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Eyvaz Qalamcali is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Eyvaz Qalamcali
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes