peoplepill id: enver-mansurov
EM
Azerbaijan Russia
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Baku, Russian Empire
Death
Place of death
Brest, Belarus
Age
23 years
Family
Children:
Instruments:
The details (from wikipedia)

Biography

Ənvər Mirzə Mansur oğlu Mansurov (19 dekabr 1917, Bakı – 1941, Brest) — Azərbaycan tarzəni.

Həyatı

Ənvər Mansurov 1917-ci il dekabr ayının 19-da Bakıda musiqiçilər ailəsində doğulmuşdur. Ənvər Mansurov öz dövrünün ən mahir tarzənlərindən idi. Onun tarda ifası başqa tarzənlərdən yüksək texnika ilə fərqlənirdi.

1938-ci ildə Ənvər Mansurov Azərbaycan mədəniyyəti və incəsənətinin Moskva şəhərində keçirilən ongünlüyündə xalq çalğı alətləri orkestrinin tərkibində iştirak edir. Elə həmin günlərdə "Noginski" qrammafon valları istehsalı fabrikində "Çahargah" və "Segah" muğamlarını vala yazdırır. Sonralar, vala yazılmış bu iki muğam Ənvər Mansurovdan gələcək nəsillərə xatirə qalan yeganə səs yaddaşına çevrilir.

Ongünlükdən bir il sonra Ənvər Mansurov ordu sıralarına çağırılır. O, əvvəlcə fin müharibəsində, sonra isə böyük vətən müharibəsində şücaətlə vuruşur. İkinci dünya müharibəsinin lap əvvəlində 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşur və həlak olur. Onu da qeyd edək ki, Azərbaycanın ən yaxşı tarzənlərindən biri - Əhsən Dadaşov məhz Ənvər Mansurovun ən sevimli tələbəsi idi.

Nəsil şəcərəsi

  • Məşədi Məlik bəy Mansurovun nəvəsidir.
  • Mirzə Mansur Mansurovun oğludur.
  • Arif Mansurovun atasıdır.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Enver Mansurov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Enver Mansurov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes