Emin Quliyev
Quick Facts
Biography
Emin Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Həyatı
Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev "N" saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür.
Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Sahil qəsəbəsindəki 14 saylı məktəb, bir küçə və park qəhrəmanımızın adını daşıyır.
Haqqında
QƏHRƏMAN EMİN
Sinif yoldaşım, Azərbaycanın Milli Qəhrəmanı E.Ə.Quliyevin əziz xatirəsinə
Gözümün önündə canlanır hər vaxt
Qəhrəman Emin,
Deyirəm ölməyib, yaşayacaqdır...
qəhrəman Emin
O getdi döyüşə, getdi ürəklə,
Min cür həsrətilə, min cür diləklə
Vətənə bağlıydı elmlə, biliklə...
qəhrəman Emin
Yadıma düşəndə ağlayıram mən,
Dönmədi dediyi o sözlərindən,
Çıxmadı heç zaman kişiliyindən...
qəhrəman Emin
Rahatlıq tapmadı bu gen dünyada,
Vermədi sirrini yaxına, yada.
Döyüş meydanına can atdı o da...
qəhrəman Emin
Namusum qeyrəti bizə "gəl" deyir,
Bu yurdda Vətənə, xalqa gəl deyir,
Azadlıq eşqiylə, yaşa, gur deyir...
qəhrəman Emin
Keçəndə "Şəhidlər xiyaban"ından,
Dəhşətə gəlmişdir tökülən qandan.
Ölsə də ayrılmaz Azərbaycanından...
qəhrəman Emin
Bilirdi, satqınlar yurdu satdılar!
Qocaya, cavana güllə atdılar.
Bilirdi milləti oda atdılar...
qəhrəman Emin
Dikərdi gözünü göyə - Allaha,
Deyərdi: bu nədir, qiyamdır daha.
Tutacaq satqını şəhidin ahı
qəhrəman Emin
Bu namərd gülləsi ona tuş oldu,
Qurban Göyçəli də qəmdən boğuldu.
Günəş tək parlayıb, günəş tək soldu,
qəhrəman Emin.
Qurban Göyçəli - şair.
Mənbə
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 165.