Elxan Abbasov
Quick Facts
Biography
Abbasov Elxan Yunis oğlu — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014).
Həyatı
Elxan Abbasov 1971-ci il 6 dekabrdaGəncə şəhərində anadan olub. 1988-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb.
13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxanobrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb.
Ailəlidir. 3 övladı var.
Tamaşalar
1993-cü ildən bugünə kimi Gəncə Dövlət Dram teatrında fəaliyyətini davam etdirir. İşlədiyi bu illər ərzində müxtəlif rollar oynamışdır.
- A.Məmmədov. "Dəli Domrul" — Domrul
- H.Cavid. "Ana" — Səlim
- T.Əliyev. "Sabir dərdi" — M.Ə.Sabir
- C.Cabbarlı. "Aslan və Fərhad" — Fərhad
- C.Cabbarlı. "Oqtay Eloğlu" — Aslan bəy
- İ.Əfəndiyev. "Mahnı dağlarda qaldı" — Nicat
- İ.Əfəndiyev. "Unuda bilmirəm — Kamran
- H. Cavid. "Afət" — Toğrul
- N.V.Qoqol. "Evlənmə" — Kockaryov
- J.B. Molyer. "Skapenin kələkləri" — Skapen
- M.F.Axundov. "Müsyo Jordan və Dərviş Məstəli şah" — Dərviş
- Elçin. "Cəhənnəmdən cənnətə" — kişi
- C.Məmmədquluzadə. "Dəli yığıncağı" — Fazil
- N.Dumbadze. "Ağ bayraqlar" — Limon
Filmoqrafiya
- Kənar adamlar (film, 1992) — Ruslan
- Xoca (film, 2012) — komandir
- Pərvanələrin rəqsi (teleserial, 2012) — Murad
- Həkimlər (teleserial, 2013) — Toğrul
- Səndən sonra (teleserial, 2013) — Tahir (Ağa)
- Qız yükü (teleserial, 2014) — Habil
- Vicdan haqqı (teleserial, 2016) — Kamil
- Qara bağ (film, 2016) — Elxan
- Əfsanə Qayıdır (komediya filmi, 2018) — Qiyas
- Baldız (teleserial, 2018)-Mövsüm