peoplepill id: elvin-abbasov
EA
Russia Azerbaijan
2 views today
2 views this week
Elvin Abbasov
Azərbaycanlı iş adamı.

Elvin Abbasov

The basics

Quick Facts

Intro
Azərbaycanlı iş adamı.
Work field
Religion(s):
Place of birth
Jalilabad District, Azerbaijan
Age
42 years
The details (from wikipedia)

Biography

Elvin Abbasov (tam adı: Elvin Abbasov Miribadət oğlu; 13 iyul 1982(1982-07-13), Cəlilabad rayonu) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi , "TimeSoft" MMC"Virtual Azerbaijan Group of Companies" MMCşirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019).

Həyatı

Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin tanınmış şirkətlərində kompüter mühəndisi, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir.

2006-cı ildə vətəni Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra “INTERLAND Company” MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə “SalamNews” İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən "Vision TV" MMC şirkətini təsis edib. 2015-ci ildə “Bələdiyyələrin vahid ödəmə sistemi”ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur.

2015-ci ildə “Sərmayənin Milliləşməsi” və eyni zamanda bu sahədə “Milli internet resuslarının yaradılması” fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır.. Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə tez-tez mətbuatda məqalələri yayımlanmışdır.

2017-ci ildən etibarən “Virtual Azerbaijan Group of Companies” MMC şirkətində direktor vəzifəsinə keçərək İT sahəsində bir neçə uğurlu dövlət layihələrinə imza atmışdır. 2018-ci ildə həmtəsisçilərlə “TimeSoft” MMC-nin fəaliyyətini başladaraq Azərbaycanda 4 məhsul üzrə internet platformaları yaratmışdır: Ofis Menecment, Agro Menecment, Agro Birja və Agro TV-nin fəaliyyəti 2019-cu ildən başlamışdır.

Yaradacılığı və İdman həyatı

İnformasiya texnologiyalarının inkişafı ilə bağlı 90-dan çox məqalənin sahibidir. Bu məqalələrdən bir çoxu “313” jurnalının “Elm texnologiya” bölümündə yayımlanmışdır. 300-dən çox bədii şeirin müəllifidir, şeirləri bir çox qəzet, jurnal və saytlarda yayımlanmışdır.


Susuram danışa, dinə bilmirəm,
Aynaya baxıram, kimdi bu lal-kar,
Biz niyə ayrıldıq, niyə bilmirəm,
Mənmi günahkaram, sənmi günahkar? ..

“Sərmayənin Milliləşməsi konsepti” barədə müxtəlif informasiya agentliklərində 20-dən çox müsahibə vermişdir. İKT sahəsində bir çox yenilikçi ideyanın müəllifi və tətbiq edicisidir. Azərbaycanda “Bələdiyyələrin Vahid Elektron Ödəmə Sistemi”nin ideya müəllifi və tətbiq edicisi, həmçinin MyDay milli sosial şəbəkəsinin yaradıcısıdır

Türkiyənin Trabzon şəhərində yaşadığı müddət ərzində Karate-do idman növü ilə məşğul olmuşdur və 2000–2002-ci illər ərzində Trabzon şəhərində ilk dəfə Aykido idman növü üzrə dərslər vermişdir. 2019-cu ildən Gəncə İdman Klubunun vitse-prezidentidir.

Məqalələri

  • "Maliyyə sektorunda Milli internet resursların əhəmiyyəti"
  • "Sərmayənin Milliləşməsi konsepti"

Əmək fəaliyyəti

  • “Art Computer” (1 il mühəndis, daha sonra Tekniki Servis müdiri. Türkiyə, Trabzon 2000–2002 )
  • “Time Bilgisayar” (Təsisçi və direktor. Türkiyə, Trabzon 2002–2005)
  • “Fərdi sahibkarlıq fəaliyyəti” (Azərbaycan Bakı, 2006-davam edir)
  • “INTERLAND COMPANY” MMC (Təsisçi. Azərbaycan Bakı, 2007–2010)
  • “Arvento” (Azərbaycan təmsilçisi, Bakı, 2008–2009)
  • “SalamNews” İA (Direktor. Bakı, Azərbaycan 2009–2012)
  • “Vision TV” MMC – (Təsisçi. Azərbaycan, Bakı 2013 - davam edir)
  • “TUMİB” üzvü və Mətbuat Kordinatoru (Azərbaycan, Bakı, 2014–2016)
  • “MyDay” milli sosial şəbəkəsinin yaradıcısı (Azərbaycan, Bakı, 2015)
  • “Bələdiyyələrin Vahid Elektron ödənişi Provayderi”nin yaradıcısı (Azərbaycan, Bakı, 2015)
  • “Azerbaycanın Sesi” Jurnalının Azərbaycan Təmsilçisi (21.03.2016)
  • “Vision of Georgia” (Təsisçi, Gürcüstan, Tiflis, 2017)
  • “Virtual Azerbaijan Group of Companies” MMC (Direktor, Azərbaycan, Bakı, 2017-davam edir)
  • “TimeSoft” MMC ( Təsisçi və Direktor, Azərbaycan, Bakı, 2018-davam edir)
  • “Gəncə İdman Klubu”-nun vitse-prezidenti (2019)
  • “Ciu-citsu” Federasiyanınidarə heyətinin üzvü (2019)
  • “Yardimci” Yardimci.az Sosial Yardım Layihəsi (2020)

Virtual Azerbaijan Group of Companies

Elvin Abbasovun 2017-ci ildən etibarən rəhbərlik etdiyi Virtual Azerbaijan Group of Companies şirkəti ölkədə aparıcı IKT şirkətlərindən biri olmuşdur. Dövlət strukturlarına tətbiq etdiyi yerli mütəxəssislərlə sıfırdan yazıb gelişləndirdiyi öz yerli məhsulları, yenilikçi müasir yazılım və texnolojik avadanlıqlarla bir çox sahəni əhatə etmişdir. Tətbiq etdiyi sistemlər hal-hazırda fəaliyyətdədir.

  • Sənəd dövriyyəsi
  • İnsan resusları (HR)
  • Büdcə təşkilatları üçün Maliyyə hesabatı sistemləri
  • GİS (Xəritə) üzərindən kadastr
  • Sistemi Ödəmə sistemləri (Payment Systems)
  • PLC / SCADA Automating (Referans: Artezianların uzaqdan idarə edilməsi)

TimeSoft

Elvin Abbasov 2019-cu ildə Azərbaycanda ilk platforma şirkəti TimeSoftu yaradıb. Yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır. Şirkətin Hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “TimeSoft” MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarında kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Şirkət hal–hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir.

AgroBirja

AgroBirja bir TimeSoft məhsuludur və platforma kimi fəaliyyət göstərməkdədir. Kənd təsərrüfatı ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edib, digər ölkələrdən aqrar aslılığı azaldacaq, həm də neft sektoruna alternativ ola biləcək ən prioritet sahələrdən biri kimi dövlət proqramlarında geniş yer tutacaqdır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsi çox böyük əhəmiyyət daşıyır. Agrobirja platforması da məhz kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsini aparmaq, müxtəlif təsərrüfatlara məxsus məhsulların qarşılıqlı qiymətlərini göstərmək məqsədi ilə yaradılmışdır. Platforma alıcıya seçim etmək, müxtəlif məhsulların qiymətini dəyərləndirmək imkanı verməklə, sahibkarlara, ümumiyyətlə kənd təsərrüfatı ilə maraqlanan hər bir şəxsə faydalı olacaq.

Office Management

Oficce İOS-1v bir TimeSoft məhsuludur və platforma kimi fəaliyyət göstərməkdədir. Kiçik və Orta sahibkarlar böyük məbləğlər xərcləyərək Sənəd dövriyyəsi, İnsan resursları, Maliyyə və Anbar təqib sistemləri, Marketing və SMM sistemləri alacaq qədər maddi imkanları olmaya bilər. Cünki bunlar böyük xərclər tələb edir. Bütün bunlar düşünülərək Ofis Menecment yaradılmışdır. Ofis Menecment bir platformadır və bu sadalananlardan daha çox elektron xidmət burda yer almaqdadır. Artıq kiçik və orta sahibkarlar da qeydiyyatdan keçərək bu sistemləri aylıq kiçik üzvlük haqqı ödəyərək istifadə edə bilər.

Agro Management

AGRO İOS-1v bir TimeSoft məhsuludur və platforma kimi fəaliyyət göstərməkdədir.

Agricultural Intelligent Operating System (1version) Kənd təsərrüfatı sahəsində işlər aparan əkinçi və fermerlərin işlərinin idarəsində böyük köməyi olacaqdır. Misal üçün bir AgroParkın Əkin planlamasını, iş planlamasını, Suvarma sistemlərini, Anbar və ehtiyatlarını, İnsan resursları və Maliyyə məsələrini tam əks etdirərək bütün işlər üzrə asanlıq yaradır. Kamer, Turniket, Nəqliyyatların izlənməsi kimi başqa xidmətləri də öz daxilinə integrasiya edərək xəritə üzərindən öz ərazilərini və nəqliyyatlarını görərək onları planlaya, idarə edə biləcəklər.

Mükafatları

  • 2012-13: Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən "Türkiyə-Azərbaycan qardaşlığına və dostluğuna faydalarına görə" təşəkkürnamə
  • 2013: "Zümrüd-M" prodakşn tərəfindən "Azərbaycan Milli Mətbuatının yaranmasının 138 illiyi" ilə əlaqədar "öz nüfuz və bacarığı ilə müvəffəq olmuş onlayn fəaliyyətinə görə 2013-cü ilin "MƏTBUATIN DOSTU" nominasiyasında diplom.
  • 2013: Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) tərəfindən həyata keçirilmiş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı layihəsinə göstərdiyi dəstəyə görə təşəkkürnamə.
  • 2013: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) tərəfindən həyata keçirilən "Tələbələr arasında dövlət rəmzlərinin təbliği" layihəsində iştirakına görə diplom.
  • 2014: QUTechnopark və TÜSİAB-ın birgə təşkilatçılığı ilə 10 mart 2014-cü il tarixində "İş dünyasının gələcəyini anlayaraq yeni dəyər formalaşdırma metodları" mövzusunda keçirilmiş seminarda iştirak etdiyinə görə sertifikat.
  • Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun ən üst səviyyəyə qalxması üçün göstərdiyi maraq və etdiyi köməklərinə görə" təşəkkürnamə.

Şəxsi həyatı

Evlidir, Mədinə və Məryəm adlarında 2 qız övladı atasıdır. Böyük qardaşı Sahil Abbasov, anası Rəfiqə Abbasova, atası Miribadət Abbasov Mirzağa oglu, babası Mirzağa Mirhəşim oğlu, atasının babası Mirhəşim Mirabbas oğlu, ulubabası Mirabbas Mir Saleh oğludur. Seyiddir, şəcərəsi 4-cü imam Zeynülabidinə çatmaqdadır.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Elvin Abbasov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Elvin Abbasov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes