Elvar Osmanov
Quick Facts
Biography
Elvar Osmanov (8 avqust 1987(1987-08-08)) — Azərbaycan samboçusu; Döyüş Sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun təsisçisi və rəhbəri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənədləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019 — h.h.)
Azərbaycan Respublikasının Döyüş Sambosu üzrə ilk idman ustasıdır.
2016-cı ildən Gəncə İdman Klubunun təsisçisi və rəhbəri vəzifəsində çalışan Elvar Osmanov 2019-cu ildə Azərbaycan Savat və Şaolin Döyüş Sənədləri Federasiyasının regionlar üzrə vitse-prezidentidir.
Rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb.
Həyatı
Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub.
2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib.
2010-cu ildə AMAKA və Rusiya Dövlət Ali Məktəbləri Nəzdində Beynəlxalq Tətbiqi Kosmanaftika Universitetinin İqtisad İdarəetmə və Maliyyə fakültəsi bitirib.
Ailəlidir bir övladı var.
Peşakar karyerası
2010-cu ildə Qusarda keçirilən Universal döyüş üzrə Avropa Çempionatında 2-ci yer olub.
2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Çempionatında 3-cü yer olub.
2014-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Döyüş sambosu üzrə Avropa Çempionatında 3-cü yer olub.
Əmək fəaliyyəti
Elvar Osmanov 2016-cı ildən Gəncə İdman Klubunun təsisçisi və rəhbəridir.
Gəncə İK-ya rəhbərlik etdiyi vaxtdan cüdo idman növü üzrə baş məşqçi Samir İsmayılov Usta cüdoçular arsında Avropa çempionu olub. Gəncə İK-nın fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov “Minsk 2019” II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan A. Səmədov ikincilik əldə edərək gümüş medala sahib olub.
22 yanvar 2019-cu ildə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Ferdeasiyasının regionlar üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
21 fevral 2019-cu ildə Gəncə İdman Klubu ilə Gürcüstan Respublikasının Omar Mamuladze adına İdman məktəbi ilə qarşılqlı Əməkdaşlıq Memarondumu İmzalanıb.
Mükafatları
2015: Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə idman sahəsində fərqləndiyinə görə təltif edilib. 2019: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi ilə əlaqədar gənclər və idman sahəsində göstərdiyi xidmətə görə Fəxri Fərman.