Elnur Abbasquliyev
Quick Facts
Biography
Elnur Abbasquliyev — Aktyor.
Həyatı
1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir.
1996-2000-ci illərədək Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim Teatrında yüksək dərəcəli aktyor işləyir. O, Mehman Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Şəngül), "3 badam,1 qoz" – (2-ci badam), Şeyx Əttar Nişapuri "Uçuş" – (6-cı saliq), Çingiz Aytmatov "Manqurt" – (Nayman döyüşçüsü), Bəxtiyar Xanızadə "Nağaraçılar" – (Şagird nağaraçı), Bəxtiyar Xanızadə "Şərqə səyahət"-(Musiqiçi, Oğru, Konfutsi), Qurban Məsimov "Muğam trio – Dizlər" – (Kaman ifaçısı), Üzeyir bəy Hacıbəyovun "Biz nə tövr iş görürük?" felyetonu əsasında "Dulusçu" – (1-ci mim), A.Kamyu "İnsan" – (Dalandar, Qoca Salomono), Bəxtiyar Xanızadə "Zibillik pərvanələri" – (Skripkaçı), B.Xanı-zadə "Eşq" – (Ulduz, Vərəq), A.Ekzüperi "Balaca şahzadə" – (Qızılgül), Z.Zeynalov "Maska"-(Dairə), Bəxtiyar Xanızadə "Kölgə" – (Tələbə), A.Məmmədov "Korlar" – (Kor) tamaşalarında, R.Həsənoğlu "Böylik dərisi" – (Məzhəkəçi) televiziya tamaşasında, R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şair) filmində, İzzət Əzizov "Qaz" – (Dəli) bədii televiziya tamaşalarında oynamışdır.
E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev. "Kiyev – Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarstanda (Kazan 30 may-6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.
2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. "Zınqırovlu pişik" tamaşasında(uzunquyruq siçan) oynayır.