Elkhan Qasimov
Quick Facts
Biography
Elxan Məmməd oğlu Qasımov — Azərbaycan kinorejissoru, aktyor, Azərbaycanın əməkdar artisti (2000).
Həyatı
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Ailəsi
Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu.
Filmoqrafiya
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Aşıq Ələsgər (film, 1972)
- Atası yandı (film, 1986)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - rol: Vəli
- Ay çox, il çox... (film, 1985)
- ...balıq sevdası (film, 1979)
- Biz qayıdacağıq (film, 2007)
- Biz qayıdacağıq (veriliş, 2007) (II)
- Bizim küçənin oğlanları (film, 1973)
- Böyük anda sadiqik (film, 1981)
- Cavabsız sual (film, 1977)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- Cərimə yolları (film, 1978)
- Əhməd haradadır? (film, 1963)
- Əlavə təsir (film, 2010)
- Gözlə məni (film, 1980)
- İnsan məskən salır (film, 1967)
- İstintaq (film, 1979)
- Köhnə bərə (film, 1984)
- Qatır Məmməd (film, 1974)
- Qocalar, qocalar... (film, 1982)
- Məhəbbətin familiyası (film, 1977)
- "Mozalan"ın izi ilə (film, 1991)
- Müstəqilliyin keşiyində (film, 1996)
- Nəsimi (film, 1971)
- Nəticə (film, 1985) (II)
- Nəticə (film, 1986) (II)
- Nizami Gəncəvi (film, 1976)
- O qızı tapın (film, 1970)
- Otel otağı (film, 1998)
- Özgə vaxtın doğma anları (film, 2002)
- Perspektivsiz tikinti (film, 1991)
- Sevinc sarayı (film, 1970)
- Təcili yardım lazımdır (film, 1974)
- Təhlükə astanaları (film, 1986)
- Təzə evlənənlər üçün çətir (film, 1986) (dublyajın rejissoru)
- Uçurum üzərində cığır (film, 1979)
- Ürək yaddaşı (film, 1981)
- Ürək... Ürək... (film, 1976)
- Ver verim (film, 1974)
- Xoruzun quyruğu (film, 1980)
- Zərbə (film, 1983)
İstinadlar
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.