Elkhan Gahraman
Quick Facts
Biography
Elxan Cahangir oğlu Qəhrəman (d. 22 aprel, 1965, Bakı) — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri, diplomat.
Həyatı
Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.
2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirmişdir.
1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır.
1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır.
1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
2001-2006-cı illərdə Azərbaycan RespublikasınınBirləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Birinci katib vəzifəsində çalışmişdır. 2006-cı ildə Azərbaycan RespublikasınınBirləşmiş Ərəb Əmirliyindəki Səfirliyinin Dubaydakı Ofisində Konsul vəzifəsinə təyin olunmuşdur.
2006-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
2007-2009-cu illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Müvəqqəti İşlər Vəkili vəzifəsində çalışmişdır. 2009-2015-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyində Fövqəladə və Səlahiyyətli Səfiri.
2016-cı ildə Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuşdur.
Xarici dillərdən ingilis, rus və türk dillərini bilir.
Evlidir, bir övladı var.