Elchin Hami Akhundov
Quick Facts
Biography
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000).
Həyatı
Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir.
2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
- Arzularını çəkən rəssam (film, 2007)
- Aslan və iki öküz (film, 1970)
- Ayı və siçan (film, 1970)
- Beşilliyin addımları (film, 1983)
- Bulud niyə ağlayır? (film, 1973)
- Cavanşir (film, 2002)
- Cırtdan (film, 1969)
- Cırtdan və div (film, 1983)
- Cırtdan-"pəhləvan" (film, 1981)
- Cücələrim (film, 1980)
- Daş (film, 1977)
- Dəniz səyahəti (film, 1992)
- Dınqıl, sazım, dınqıl (film, 1976)
- Əndazədən çıxanda (film, 1988)
- Fitnə (film, 1970)
- Güzgü (film, 1990)(I)
- Humayın yuxusu (film, 1985)
- Kirpi balası və alma (film, 1977)
- Qız, oğlan və şir (film, 1974)
- Lovğa fil balası (film, 1987)
- Meşəyə insan gəlir (film, 1980)
- Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
- Pıspısa xanım və Siçan bəy (film, 1974)
- Şah və xidmətçi (film, 1976)
- Şahzadə-qara qızıl (film, 1974)
- Sakit Yonun macəraları (film, 1985)
- Sınaq (film, 1985)
- Söhbətül-əsmar (film, 1994)
- Təqib (film, 1984)
- Toral və Zəri (film, 1979)
- Uçan zürafə (film, 1983)
- Ümid (film, 1992)
- Uşaq və külək (film, 1982)
- Yalançı çoban (film, 1991)
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313-318.