Ebusaid Mehmed Efendi
Quick Facts
Biography
Əbu Səid Mehmed Əfəndi (d. 1593/94 - ö. iyul 1662) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. Şeyxülislam Xoca Sadəttin Əfəndinin nəvəsi, şeyxülislam Mehmed Əsad Əfəndinin oğlu və şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndinin atasıdır. Səid təxəllüsü ilə şeirlər yazmışdır.
Həyatı
1593-cü ildə (bəzi mənbələrə görə 1594) İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamladıqdan sonra 1613-1621-ci illər ərzində Rüstəm Paşa, Mihrimah Sultan, Sahn-ı Səman, Şahzadəbaşı və Süleymaniyyə mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından 1621-ci ildə Dəməşq, 1623-cü ildə Bursa, 1624 və 1627-ci ildə İstanbul, 1629-cu idə Anadolu və 1630-cu ildə Rumeli başqazısı olaraq təyin edildi. Bir müddət sonra vəzifəsindən alındıqdan sonra 1640-cı ildə yenidən Rumeli başqazısı seçildi. 27 fevral 1644 tarixində Şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin vəfatı səbəbilə şeyxülislamlığa gətirildi. İki il bu vəzifədə qaldıqdan sonra 16 yanvar 1646-cı ildə şeyxülislamlıqdan azad edildi. 3 sentyabr 1651-ci ildə ikinci dəfə şeyxülislam seçildi. Bu əsnada Balizadə Mustafa Əfəndi Anadolu başqazısı seçilmiş, buna etiraz edən və bu vəzifəni özünə layiq görən İstanbul qazısı Əsad Əfəndi ilə divan məclisi əsnasında dalaşmışdır. Çox sərt xasiyyəti olan Əbu Səid Əfəndinin bu hərəkəti üləmalar arasında narazılığa səbəb olmuş, bu səbəblə 16 avqust 1652 tarixində vəzifədən alınmışdır.
Buna baxmayaraq 2 il sonra üçüncü dəfə şeyxülislam seçilən Əbu Səid Əfəndi yenə dövlət idarəsinə qarışmağa başladı. Sədrəzəm Qoca Dərviş Paşanın vəzifədən alınıb yerinə İbşir Mustafa Paşanın gətirilməsində önəmli rol oyasa da, bu hərəkəti onun vəzifədən getməsinə səbəb oldu. İbşir Mustafa Paşaya qarşı çıxan üsyan əsnasında sədrəzəmlə birlikdə şeyxülislam Əbu Səid Əfəndinin də kəlləsi istənilirdi. Bu əsnada üsyançılar şeyxülislamın köşkünə hücum edib, ulu babası Həsən Can dövründən toplanan bütün ailə xəzinəsini talan etdilər. Çətin vəziyyətdə qalan IV Mehmed İbşir Mustafa Paşanı üsyançılara təslim etsə də, üləmaların etirazı ilə şeyxülislamın canını bağışladı və vəzifədən azad edərək Çanaqqalaya sürgün etdi. Bir müddət sonra paytaxta geri çağırılsa da, ömrü buna icazə vermədi. 1662-ci ili iyun ayında vəfat etdi. Cənazəsi Əyyub Sultan məscidindəki ailə məzarlığına dəfn olunmuşdur.
Mənbə
- Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 295-297;
- Naîmâ, Târih, III, 46, 457; IV, 62, 170;
- Muhibbî, Hulâsatü’l-eser, I, 127-128;
- Devhatü’l-meşâyih, s. 50-52;
- Sicill-i Osmânî, I, 187;
- İlmiyye Salnâmesi, s. 450-453;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, bk. İndeks; III/2, s. 465-466, 472.
IV Mehmed | ||
---|---|---|
Ailəsi | Turhan Xədicə Sultan •Əmətullah Rabiyə Gülnuş Sultan •Siyavuş Sultan •II Mustafa •Şahzadə Səlim •III Əhməd •Xədicə Sultan •Safiyə Sultan •Ümmü-Gülsüm Sultan •Fatma Sultan | |
Sədrəzəmlər | Sofu Mehmed Paşa •Qara Div Murad Paşa •Mələk Əhməd paşa •Siyavuş Paşa •Gürcü Mehmed Paşa •Tarhuncu Sarı Əhməd Paşa •Bığlı Qoca Dərviş Mehmed Paşa •İbşir Mustafa Paşa •Erməni Süleyman Paşa •Dəli Hüseyn Paşa •Zurnazən Mustafa Paşa •Boynuyaralı Mehmed Paşa •Körpülü Mehmed Paşa •Körpülü Fazil Əhməd Paşa •Mərzifonlu Qara Mustafa Paşa •Bayburtlu Qara İbrahim Paşa •Sarı Süleyman Paşa | |
Kaptan-ı dəryalar | Hüsambəyzadə Əli Paşa •Bığlı Qoca Dərviş Mehmed Paşa •Çavuşzadə Mehmed Paşa •Qara Div Murad Paşa •Dəllağ Mustafa Paşa •Zurnazən Mustafa Paşa •Mərzifonlu Qara Mustafa Paşa •Xalıcı Kürəkən Mustafa Paşa •Sarı Kənan Paşa •Seyid Əli Paşa •Topal Mehmed Paşa •Hüseyn Paşa •Biko Əli Paşa •Əbdülqədir Paşa •Mustafa Paşa •Şir Mustafa Paşa •Əli Paşa •Seyidzadə Mehmed Paşa •Bayburtlu Qara İbrahim Paşa •Kiçik Sipahi Mustafa Paşa •Bığlı Mustafa Paşa •Müsahib Mustafa Paşa •Misirlioğlu İbrahim Paşa | |
Şeyxülislamlar | Əbdürrəhim Əfəndi ·Bahai Mehmed Əfəndi ·Qaraçələbizadə Əbdüləziz Əfəndi ·Əbu Səid Mehmed Əfəndi ·Hüsamzadə Əbdürrəhman Əfəndi ·Məmikzadə Mustafa Əfəndi ·Xocazadə Məsud Əfəndi ·Hənəfi Mehmed Əfəndi ·Balizadə Mustafa Əfəndi ·Bolevi Mustafa Əfəndi ·Əsir Mehmed Əfəndi ·Sunizadə Seyid Mehmed Əmin Əfəndi ·Minkarizadə Yəhya Əfəndi ·Çatalcalı Əli Əfəndi ·Ankaralı Mehmed Əmin Əfəndi ·Dabbaqzadə Mehmed Əfəndi |
Osmanlı şeyxülislamları | ||
---|---|---|
XV əsr | Molla Şəmsəddin Fənari •Molla Fəxrəddin Əcəmi •Molla Hüsrəv •Molla Gürani •Molla Əbdülkərim •Ələddin Çələbi •Əfdalzadə Həmidəddin | |
XVI əsr | Zənbilli Əli Əfəndi •İbn-i Kamal Əfəndi •Sadullah Sədi Əfəndi •Çivizadə Muhiddin Mehmed Əfəndi •Əbdülqədir Həmidi Çələbi •Fənarizadə Muhiddin Çələbi •Əbu Suud Əfəndi •Kürəkən Həmid Əfəndi •Qazızadə Əhməd Şəmsəddin Əfəndi •Malulzadə Mehmed Əfəndi •Çivizadə Hacı Mehmed Əfəndi •Əbdülqədir Əfəndi •Bostanzadə Mehmed Əfəndi •Bayramzadə Zəkəriya Əfəndi •Xoca Sadəttin Əfəndi •Hacı Mustafa Sunullah Əfəndi | |
XVII əsr | Xocazadə Mehmed Əfəndi •Əbülməyamin Mustafa Əfəndi •Xocazadə Əsad Əfəndi •Zəkəriyazadə Yəhya Əfəndi •Ahizadə Hüseyn Əfəndi •Əbu Səid Mehmed Əfəndi •Muid Əhməd Əfəndi •Əbdürrəhim Əfəndi •Bahai Mehmed Əfəndi •Qaraçələbizadə Əbdüləziz Əfəndi •Hüsamzadə Əbdürrəhman Əfəndi •Məmikzadə Mustafa Əfəndi •Xocazadə Məsud Əfəndi •Hənəfi Mehmed Əfəndi •Balizadə Mustafa Əfəndi •Bolevi Mustafa Əfəndi •Əsir Mehmed Əfəndi •Sunizadə Seyid Mehmed Əmin Əfəndi •Minkarizadə Yəhya Əfəndi •Çatalcalı Əli Əfəndi •Ankaralı Mehmed Əmin Əfəndi •Dabbaqzadə Mehmed Əfəndi •Seyid Feyzullah Əfəndi •Əbusəidzadə Feyzullah Əfəndi •İmam Mehmed Əfəndi | |
XVIII əsr | Başmaqçızadə Əli Əfəndi •Əbəzadə Abdullah Əfəndi •Mehmed Ataullah Əfəndi •İmam Mahmud Əfəndi •Mirzə Mustafa Əfəndi •Qocahüsamzadə Əbdürrəhman Əfəndi •Əbu İshaq İsmayıl Əfəndi •Yenişəhərli Abdullah Əfəndi •Mirzəzadə Şeyx Mehmed Əfəndi •Başmaqçızadə Abdullah Əfəndi •Kürəkənzadə Əhməd Əfəndi •Əbuishaqzadə İshaq Əfəndi •Dürri Mehmed Əfəndi •Feyzullahzadə Mustafa Əfəndi •Pirizadə Mehmed Sahib Əfəndi •Həyatizadə Mehmed Əmin Əfəndi •Seyid Mehmed Zeynalabdin Əfəndi •Əbuishaqzadə Əsad Əfəndi •Xəlilzadə Mehmed Səid Əfəndi •Seyid Murtuz Əfəndi •Abdullah Vassaf Əfəndi •Kürəkənzadə Feyzullah Əfəndi •Dürrizadə Mustafa Əfəndi •Kürəkənzadə Feyzullah Əfəndi •Mehmed Saleh Əfəndi •Çələbizadə İsmayıl Asım Əfəndi •Vəliüddin Əfəndi •Əbubəkrzadə Əhməd Əfəndi •Pirizadə Osman Sahib Əfəndi •Mirzəzadə Seyid Mehmed Səid Əfəndi •Seyid Mehmed Şərif Əfəndi •Eyvazpaşazadə İbrahim Əfəndi •Salehzadə Mehmed Əmin Əfəndi •Vassafzadə Əsad Əfəndi •Mehmed Şərif Əfəndi •Seyid İbrahim Əfəndi •Dürrizadə Mehmed Ataullah Əfəndi •Ərəbzadə Əhməd Ataullah Əfəndi •Dürrizadə Mehmed Arif Əfəndi •Müftizadə Əhməd Əfəndi •Məkkəyi Mehmed Əfəndi •Mehmed Kamil Əfəndi •Mehmed Şərif Əfəndi •Həmidizadə Mustafa Əfəndi •Seyid Yəhya Tofiq Əfəndi •Mustafa Aşir Əfəndi | |
XIX əsr | [[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] | |
XX əsr | Mehmed Ziyayəddin Əfəndi ·Mehmed Sahib Əfəndi ·Çələbizadə Hüseyn Əfəndi ·Musa Kazım Əfəndi ·Əbdürrəhman Nəsib Əfəndi ·Mehmed Cəmaləddin Əfəndi ·Mehmed Əsad Əfəndi ·Ürgüplü Mustafa Əfəndi ·Ömər Xülusi Əfəndi ·Heydərizadə İbrahim Əfəndi ·Mustafa Sabri Əfəndi ·Dürrizadə Abdullah Əfəndi ·Mədəni Məhmət Nuri |