peoplepill id: dzjamil-bagatoer-ogli-goeliev
DBOG
Azerbaijan Russia
10 views today
16 views this week
Dzjamil Bagatoer ogli Goeliev
Russian historian (1927-2010)

Dzjamil Bagatoer ogli Goeliev

The basics

Quick Facts

Intro
Russian historian (1927-2010)
Gender
Male
Place of birth
Shusha
Place of death
Baku
Age
83 years
The details (from wikipedia)

Biography

Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Ağdam – 27 dekabr 2010, Bakı) — professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü. 

Həyatı

Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Ağdamda anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi,AMEA-nın Rəyasət Heyətinin üzvü (1997-2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. C.B.Quliyev 7 cildlik «Azərbaycan tarixi»nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə «Naxçıvan ensiklopediyası» (1999-2002) çapdan çıxmışdır.

C.B.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət mükafatı laureatıdır. 1997-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə «Şöhrət» ordeni ilə təltif edilmişdir.

27 dekabr 2010-cu ildə vəfat etmişdir. Tarix elmləri doktoru, professor idi.

Mükafatları

  • Azərbaycan SSR əməkdar elm xadimi — 02.12.1982
  • Dövlət mükafatı laureatı (1974)
  • "Şöhrət" ordeni (2000)

Filmoqrafiya

  1. Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
  2. Qara gölün cəngavərləri (film, 1984)

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993). I kitab. Bakı, 2016
  Bakı Dövlət Universiteti
FakültələriBeynəlxalq münasibətlər və beynəlxalq hüquq • Coğrafiya • Filologiya • Fizika • Hüquq • Jurnalistika • Kimya • Kitabxanaşünaslıq-informasiya • Mexanika-riyaziyyat • Sosial elmlər və psixologiya • Tarix • Tətbiqi riyaziyyat və kibernetika
RektorlarıVasili Razumovski (ilk rektor – 1919-1920) • Sergey Nikolayeviç Davidenkov (1920-1923) • Aleksandr Dmitriyeviç Qulyayev (1923-1926) • Tağı Şahbazi Simurğ (1926-1929) • Vladimir Yelpatyevski (1929) • Maqsud Məmmədov (1929-1930) • Məmmədkazım Ələkbərli (1934-1935) • Bala bəy Həsənbəyov (1935-1937) • Əziz Əliyev (1937) • Cəbrayıl Ələsgərov (1937-1941) • Şamil Əliyev (1941-1944) • Abdulla Qarayev (1944-1950) • Cəfər Hacıyev (1950-1954) • Yusif Məmmədəliyev (1954-1958) • Şəfayət Mehdiyev (1958-1965) • Mehdi Əliyev (1965-1970) • Faiq Bağırzadə (1970-1987) • Yəhya Məmmədov (1987-1989) • Cəmil Quliyev (1989-1990) • Mirabbas Qasımov (1990-1992) • Firudin Səməndərov (1992-1993) • Murtuz Ələsgərov (1993-1996) • Misir Mərdanov (1996-1998) • Abel Məhərrəmov (1999-cu ildən)
DigərQazax filialı • Şəki filialı • "Gənc İstedadlar" liseyi • Altıağac mərkəzi • Quba mərkəzi • "Bakı Universiteti" qəzeti • "Mənim universitetim" filmi • "Bizim universitet" filmi • Konfutsi İnstitutu • TDV BTL • Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Dzjamil Bagatoer ogli Goeliev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Dzjamil Bagatoer ogli Goeliev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes