peoplepill id: cavid-sahratov
CS
Azerbaijan
1 views today
1 views this week
Cavid Sahratov
��kinci Qarabağ müharibəsi şəhidi

Cavid Sahratov

The basics

Quick Facts

Intro
��kinci Qarabağ müharibəsi şəhidi
Gender
Male
Place of birth
Əsədabad, Yardimli District, Azerbaijan
Place of death
Fuzuli District, Azerbaijan
Age
38 years
The details (from wikipedia)

Biography

Cavid Əlikömək oğlu Sahratov (23 dekabr 1981, Əsədabad, Yardımlı rayonu9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Cavid Sahratov 1981-ci il dekabrın 23-də Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 1989-1999-cu illərdə Əsədabad kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.

Hərbi xidməti

Cavid Sahratov 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan Cavid Sahratov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Sahratov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Sahratov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Sahratov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

  • (05.11.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
  • 50x50px[ölü keçid] (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Cavid Sahratov

Basics

Introduction

Həyatı

Hərbi xidməti

Təltifləri

Lists

Also Viewed

Lists
Cavid Sahratov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Cavid Sahratov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes