Camil Quliyev
Quick Facts
Biography
Cəmil Quliyev — Azərbaycan kinorejissoru, ssenari müəllifi, Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktoru (2011-2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın baş direktoru (2013-cü ildən), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.
Həyatı
Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.
1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.
1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998- 2006-cı illərdə həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur.
2000-2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub.
- 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının
- 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının
- 2009-cü ildən Beynəlxalq Muzeylər Şurasının
- 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür.
Cəmil Quliyev 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.
2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur.
- Professor Elşad Quliyevin oğludur.
- ↑ 110 yaşlı Azərbaycan kinosunun dünəni və bu günü: [DFF-nin direktoru, incəsənət xadimi Cəmil Quliyev ilə söhbət] //Ekran efir.- 2008.- 1 avqust.- S. 16.
- ↑ AzərTAc (27.08.2009 20:15). "DÖVLƏT FİLM FONDUNUN DİREKTORU BEYNƏLXALQ MUZEYLƏR ŞURASININ ÜZVÜ SEÇİLMİŞDİR" (az). azertag.az. http://azertag.az/xeber/DOVLAT_FILM_FONDUNUN_DIREKTORU_BEYNALXALQ_MUZEYLAR_SURASININ_UZVU_SECHILMISDIR-450926. İstifadə tarixi: 2015-08-14.
- ↑ http://www.itv.az/index.php/az/televiziya/ba-direktor
Filmoqrafiya
- Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: Kərimov
- Marş (film, 1982)
- Balıq günü (film, 1983)
- Bayramda yağış (film, 1985)
- Köç (film, 1986)
- Bu da bir naxışdır (film, 1987)
- Cansıxıcı əhvalat (film, 1988)
- Murad-Sad (film, 1988)-aktyor
- Qarət (film, 1990)
- Şirbalanın məhəbbəti (film, 1991)
- Ekskursiya (film, 1991)
- Subaylarınızdan görəsiniz (film, 1991)-Mozalan
- Etiraf (film, 1992)-ssenari
- Banqladeş qonaqları (film, 1992)
- Həsənbəy Zərdabi (film, 1992)
- Qovlar (film, 1992)
- Yol (1993)
- Qala (1994)
- Yarasa (film, 1995)-bədii rəhbər
- General de Qol (1995)
- Ömər Eldarov (1997)
- General Hüseyn Rəsulbəyov (film, 1998)
- Kədərimiz... Vüqarımız... (film, 1998)
- Otel otağı (film, 1998)-aktyor
- Nəsrulla Nəsrullayev (film, 1999)
- Nə gözəldir bu dünya... (film, 1999)-aktyor
- Kinorejissor Arif Babayev (film, 2000)
- Bir Ömrün Sədası (2000)
- İzzət Orucova (film, 2000)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
- Fikrət Əmirov (2004)
- Qocalar (film, 2008)-məsləhətçi
- Bir addım (film, 2009)-bədii rəhbər
- Sahə (film, 2010)-bədii rəhbər
- Mayak (film, 2012)
İstinadlar
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6.
- “Cəmil Quliyev Minskdə müasir kino ilə bağlı məruzə etdi” //Yeni Azərbaycan.- 2011.- 6 aprel.