Camaladdin Mehdiyev
Quick Facts
Biography
Cəmaləddin Mehdiyev (Mehdiyev Cəmaləddin İsa oğlu; d. 1956. Səfikürd, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor. Başqırdıstan Dövlət Tibb İnstitutunun professoru. Başqırdıstan Respublikasının Əməkdar həkimidir. Rusiya Cərrahlar Cəmiyyətinin həqiqi üzvü.
Həyatı
Mehdiyev Cəmaləddin İsa oğlu 1956-cı il noyabrın 23-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Tibb Universitetini bitirib və 1988-ci ilədək Başqırdıstanın Kumertau şəhərində mərkəzi rayon xəstəxanasında işləyib. 1989-cu ildən Ufada 21 nömrəli xəstəxanada çalışıb. C.Mehdiyev 1991-ci ildən Təcili Tibbi Yardım Xəstəxanasında bölmə müdiri, eyni vaxtda 1994-cü ildən Başqırdıstan Dövlət Tibb Universitetinin müəllimi, sonralar isə professoru olub.