peoplepill id: cahangir-bay-sixmammadbayov
CBS
Azerbaijan
1 views today
1 views this week
Cahangir bay Sixmammadbayov
Azerbaijani educator

Cahangir bay Sixmammadbayov

The basics

Quick Facts

Intro
Azerbaijani educator
Work field
Gender
Male
Birth
Place of birth
Bum, Qabala District, Azerbaijan
The details (from wikipedia)

Biography

Cahangir bəy Şıxməmmədbəyov (1898-?) — Tiflis Kommersiya məktəbinin məzunu, pedaqoq.

Həyatı

Cahangir Şıxməmmədbəyov 1898-ci ildə Qutqaşen rayonunun Bum kəndində ziyali ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Bum məktəbində almışdır. Bum məktəbi "rus-tatar" məktəbi olub təhsil müddəti 5 il idi. Məktəbi 1911-ci ildə qurtaran gənc Cahangir həmin ildə Tiflis şəhərinə getmiş və orda "Коммерские училише"də oxumuş, 1916-cı ildə Nuxa gimnaziyasına dəyişmiş, 1919-cu ildə gimnaziyani başa vuraraq Bakıya qayıtmışdır. Bir müddət dəmir yol stansiyasında dispetçer işləmiş və 1922-1925-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) oxumuşdur. Təhsil illərində Bakı şəhərindəki 6, 29 və 19 №-li məktəblərdə işləyən Cahangir Şıxməmmədbəyov 1925-ci ildə ali məktəbi bitirdikdən sonra müəllim Rza Talıblının məsləhəti ilə Türkmənistana getmişdir. Cahangir müəllim onunla bərabər Türkmənistana gəlmiş Əli Axundovla birgə Aşqabad pedaqoji texnikumunun, ikiillik qızlar üçün texnikumun və Türkmənistan Partiya Məktəbinin açılışında yaxından iştirak etmiş və həmin təhsil ocaqlarında işləmişlər. Əslində onlar Türkmənistanın ilk ali təhsilli müəəllimləri olmuşlar.

Türkmənistan təhsili kənardan gələrək burada ziyalıları birləşdirmiş və onlar respublikanın maarif həyatının canlanmasında əsas qüvvəyə çevrilmişdir. Onların sırasında Qori Müəllimlər Seminariyasını qurtarıb burada "rus-tatar" məktəbi açaraq işləyən Əkbər bəy Tahirov, Aşqabadda, Mərvdə, Kaakada, Bayramalıda, Çərcoda işləyən qocaman Azərbaycanlı müəllimlər Əliş bəy Əliyev, Həsən Əfəndiyev, Mahmud Mərcanov (İrəvan seminariyasını qurtarmışlar) Məmməd bəy Tahirov, Salman bəy Məlik-Yeqanov, Qəzənfər Səmədov, Həsən Ədilzadə və başqaları var idi. Cahangir müəllimdən sonra buraya Abdulla Əfəndiyev, Əlosman Qədirbəyov, Sürəyya Əfəndizadə, Zülqədər Zülfüqarov, Pənah Şıxməmmədbəyov, Fərrux Məmmədov, Abduləli Səmədov və başqaları gəlmişlər.

1926-ci ildə Türkmənistan Maarif Nazirliyi tərəfindən Aşqabad, Mərv, Çərco və Daşauzda müəllimlər kursları açılır. Cahangir müəllim xatirələrində göstərir ki, "…Daşauz şəhərində açılan kursda oxumağa heç bir tələbə gəlmirdi. Səbəb isə Cünayüt xan adlı bir basmaçının Xivə xan və onun ailəsini öldürüb özünü xan elan etməsi idi. Mən heç nədən çəkinmədən Daşauz kursuna getməyə razılıq verdim. Burada birinci dəfə olaraq 120 nəfərdən ibarət müəllim hazırlayan kursu təşkil etdim. Kursda dərs deyənlər vilayətin işçiləri idi. Tələbələr isə ərəbcə azsavadlı olan adamlar və mollalar idi".

Cahangir Şıxməmmədbəyov Türkmənistanda işləyən vaxt türkmən dilində tam orta məktəb yox idi. Buranın ilk maarif ocağı direktoru azərbaycanlı Mahmud Mərcanov olan Aşqabad Pedaqoji Texnikumu idi. Texnikumda Əkbər bəy Tahirov, Abdulla Əfəndiyev, Şövqi Bekturə, Məmməd Əkbərov, Əli Axundov, Cahangir Şıxməmmədbəyov, Salman Məlik-Yeqanov, Əmin bəy Əliyev və başqaları işləyirdilər. Sonralar çelekentli Məhəmməd Geldiyev türkmən dilinin əlifbasını və birinci dərsliyini hazırladı. Məktəbdə türkmən dilində dərs demək üçün Kaaka qəsəbəsindən Brunov, Şəmsəddin Kərimli və Kərbabayev dəvət olunmuşdular.

Cahangir Şıxməmmədbəyov xatirilərində Azərbaycan ziyalılarından Əmin bəy Əliyev haqqında ayrıca bəhs edir. Ə. Əliyev Kaaka stansiyasında ilk məktəb təşkil etmiş, ilk türkmən-rus lüğətini hazırlamışdır.

Türkmənistanda işləyən Azərbaycan ziyalılarından biri də qazaxlı Həsən bəy Əfəndiyev olmuşdur.

Cahangir Şıxməmmədbəyov 1929-cu ildə Qırğızıstana gedərək Oş-Cəlalabad Pedaqoji Texnikumunda işləmiş, orada fəaliyyət göstərən azərbaycanlı Xəbirə xanım İsmayılova, Əliosman Qədimbəyov, Veysəl Mustafayev, Əli Mahmudovla tanış olmuşdur.

Qırğızıstanda bir il işlədikdən sonra Cahangir Şıxməmmədbəyov Daşkəndə getmiş, orada Asiya Pambıqçılıq və Kənd Təsərrüfatı İnstitutunda işləməyə başlamışdır. Daşkənddə işləyən azərbaycanlı müəllimlər: Maqsud Şeyxzadə, Əhməd Süleymanov, Əhməd Əhmədli, Əli Məmmədov, Paşa Qəniyev, Əbdüləli Səmədov, Niyazi Səmədov, Fərrux Məmmədov, Vəsilə Mahmudova ilə tanışlıq onun həyatında dərin iz buraxmışdır.

Cahangir Şıxməmmədbəyov Daşkənddə 1933-cü ilə qədər işləyir, 1933-cü ildə Moskvaya aspiranturaya oxumağa gedir. 1933-1936-cı illərə qədər Moskvada təhsil alaraq Səmərqəndə, Kuybişev adına Xalq Təsərrüfatı İnstitutuna qayıdır. 1938-ci ilə qədər Səmərqənddə işləyən Cahangir Şıxməmmədbəyov Bakıya qayıdır, Xalq Təsərrüfatı İnstitutu və Dövlət Universitetində dosent vəzifəsində vəzifəsində fəaliyyətini davam etdirir.

Müharibənin başlanması təhsil sahəsinə də təsir edir. Cahangir Şıxməmmədbəyov hərbi xidmətə çağrılır, lakin 1940-ci ildə Gürcüstanın Adıgün rayonunda əsgərlikdən azad olunur, orada qalıb Adıgün, Azxur kəndində və Laqadex rayonunun Qabal kəndində direktor işləyir.

Cahangir Şıxməmmədbəyovun müharibədən sonrakı həyatı Gəncə və Bakı ilə bağlıdır. 1945-1947-ci illərdə Kirovabadda (indiki Gəncədə) Kənd Təsərrüfatı İnstitutunda, 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda işləyir.

Cahangir Şıxməmmədbəyov 1951-1959-cu illərdə yenidən Daşkənddə fəaliyyət göstərir, 1963-cü ildə təqaüdə çıxır.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Cahangir bay Sixmammadbayov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Cahangir bay Sixmammadbayov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes