Cabbar Cabbarov (alim)
Quick Facts
Biography
Cabbarov Cabbar Həsən oğlu — fizika-riyaziyyat elmləri namizədi (1982).
Həyatı
Cabbar Cabbarov 16 iyul 1949-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1956-cı ildə Şəki şəhəri 10 saylı məktəbə getmiş və 1966-cı ildə həmin məktəbi medal ilə başa vurmuşdur. 1966-cı ildə Azərbaycan Respublikası üzrə keçirilən Fizika olimpiadasında iştirak edərək III yer tutmuşdur.
1966-cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə vermiş, fizikadan əla qiymət alaraq bir imtahanla fizika fakültəsinə daxil olmuşdur.
1970-ci ildə diplom işini yerinə yetirmək üçün Moskva şəhərinə ezam olunmuşdur. Diplom işini qurtardıqdan sonra o vaxtkı SSRİ Elektron Sənayesi Nazirliyinin göndərişinə əsasən Moskva ətrafındakı Ryazan şəhərində "VEQA" xüsusi konstruktor bürosunda mühəndis vəzifəsində işləmişdir.
1975-ci ildə Kiyev şəhərindəki Fizika institutunda aspiranturaya qəbul olmuş, elmi tədqiqatlar aparmış və sonra da həmin universitetin labaratoriyasında elmi işçi kimi çalışmışdır.
1980-ci ildə Azərbaycana qayıtmış və ADU-da çalışmağa başlamışdır. Burada Fiziki Elektronika kafedrasında laborant, baş laborant vəzifələrində Ümumi Fizika kafedrasında isə assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Hazırda Ümumi Fizika kafedrasında dosent vəzifəsində işləyir.
1982-ci ildə apardığı elmi tədqiqatlar əsasında Kiyev şəhərində namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Beynəlxalq və Respublika elmi jurnallarında 60-dan çox elmi məqaləsi çap olunmuşdur.
Ailəlidir. İki övladı var.
Mənbə
- Araz Yaquboğlu. Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.