Bayramzade Zekeriya Efendi
Quick Facts
Biography
Bayramzadə Zəkəriya Əfəndi (d. 1514 - ö. 11 iyul 1593) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı.
Həyatı
1514-cü ildə Ankarada dünyaya gəlmişdir. Atası əslən Ankaradan olan Bayram Əfəndidir. İlk təhsilini burada aldıqdan sonra İstanbula gələrək Sahn-ı Səman müdərrisi Ərəbzadə Əbdülbaki Əfəndidən və Malul Əmir Əfəndidən dərslər aldı. 1543-cü ildə Əmir Əfəndi ikinci dəfə Misir qazısı seçildi və tələbəsi Zəkəriya Əfəndi də onunla birlikdə Qahirəyə getdi. Əmir Əfəndinin Anadolu qazısı seçilməsinin ardından təhsilini bitirdi. İlk rəsmi vəzifəsi isə Bursadakı Həmzə bəy mədrəsəsində müdərrislik oldu. O illərdə Bursa qazısı olan Qaraçələbizadənin tövsiyəsilə I Süleymanın Naxçıvan Səfərinə (1553-1555) qatıldı. Səfərin ardından Bursada müdərrisliyə davam etdi. 13 dekabr 1565-ci illərdə Atik Əli Paşa mədrəsəsinə imtahan verərək müdərrisliyə qəbul edildi. 1568-ci ilin aprelində Ədirnədəki Üç şərəfəli mədrəsəsinə, 1570-ci ilin aprelində Sahn-ı Səman mədrəsəsinə, 1572-ci ilin iyun ayında isə Yavuz Sultan Səlim mədrəsəsinə müdərris olaraq təyin edildi.
1573-cü ilin iyun ayında isə Hələb qazısı seçildi. 1575-ci ilin fevral ayında vəzifədən alınsa da, iki il sonra Bursa qazılığına gətirildi. 1581-ci ildə isə İstanbul qazısı kimi xidmətə başladı. 1582-ci ilin yanvarında Anadolu başqazılığına gətirilsə də, iki il sonra təqaüdə çıxdı. 1586-cı ildə həccə getdi və ziyarətdən döndükdən sonra padşahın hüzuna çıxdı. Padşah tərəfindən qiymətli hədiyyələrlə təltif olunan Zəkəriya Əfəndi ardından Süleymaniyə mədrəsəsinə müdərris təyin olundu. Bəylərbəyi hadisələri əsnasında Rumeli başqazısı seçildi. O dönəmlərdə sədrəzəm olan Qoca Sənan Paşa ilə münasibətləri korlandı. Bir müddət sonra isə vəzifədən alındı. Bunun səbəbi isə vəzifədən kənarlaşdırılan qazıların etiraz olaarq Fateh məscidində toplanaraq ayaqlanma başlatması və bu üsyanda Zəkəriya Əfəndinin günahkar olması oldu. Ancaq çox keçmədən 1591-ci ilin mayında Rumeli başqazılığına gətirildi. Ardından isə 10 may 1592-ci ildə şeyxülislam seçildi.
Zəkəriya Əfəndinin şeyxülislamlığı ani ölümü ilə başa çatdı. Tarixi mənbələrin yazdığına görə, 11 iyul 1593 tarixində saraya gəlmiş, Darüssaadə ağası Qəzənfər ağa və yeniçəri ağası Mehmed ağa ilə söhbət etmiş, söhbət əsnasında yuxusunda Məhəmməd peyğəmbəri gördüyünü söyləmiş, bu əsnada vəziyyəti pisləşmiş və oradaca vəfat etmişdir. Fateh məscidində cənazə namazı qılınmış, ardından öz adına inşa etdirdiyi külliyyənin yaxınlığında dəfn olunmuşdur.
Mənbə
- 51 Numaralı Mühimme Defteri: Sultanın Emir Defteri (haz. Hikmet Ülker), İstanbul 2003, hk. nr. 68;
- Koca Sinan Paşa’nın Telhisleri (haz. Halil Sahillioğlu), İstanbul 2004, s. 173, 228-229 (nr. 133, 186);
- Selânikî, Târih (İpşirli), s. 183, 212, 225, 235, 270, 291, 322-323;
- Atâî, Zeyl-i Şekāik, s. 322-324, 747-748;
- Hasanbeyzâde Ahmed, Târih (haz. Şevki Nezihi Aykut), Ankara 2004, II, 258, 355, 372, 373, 379, 380-382, 409;
- Topçular Kâtibi Abdülkadir (Kadrî) Efendi Tarihi (haz. Ziya Yılmazer), Ankara 2003, I, 53, 57, 103, 176;
- Peçuylu İbrâhim, Târih, I, 33;
- Kâtib Çelebi, Fezleke, I, 13;
- Naîmâ, Târih (haz. Mehmet İpşirli), Ankara 2007, I, 51, 82;
- Devhatü’l-meşâyih, s. 34-36;
- İlmiyye Salnâmesi, s. 412-415;
- Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 17, 49, 73, 192, 197;
- Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 45-46;
- Zeki Arıkan, “Şeyhülislam Zekeriyya Efendi’nin İstanbul Sayımı”, Tarih Boyunca İstanbul Semineri, Bildiriler (haz. Mübahat S. Kütükoğlu), İstanbul 1989, s. 39-57; Mübahat S. Kütükoğlu, XX. Asra Erişen İstanbul Medreseleri, Ankara 2000, s. 216-218;
- Cahid Baltacı, XV-XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 2005, II, 716;
- İsmail E. Erünsal, Osmanlı Vakıf Kütüphaneleri: Tarihî Gelişimi ve Organizasyonu, Ankara 2008, s. 150-151;
- M. Asım Yediyıldız, “Bayramzade Zekeriyya Efendi’nin (1514-93) Vakfı”, UÜ İlâhiyat Fakültesi, XII/1, Bursa 2003, s. 153-166.
III Murad | ||
---|---|---|
Ailəsi | Nurbanu Sultan •Safiyə Sultan •Şəmsi Ruhsar Xatun •III Mehmed •Şahzadə Yəhya •Ayşə Sultan •Fəxriyə Sultan •Fatma Sultan | |
Sədrəzəmləri | Sokollu Mehmed Paşa •Şəmsi Əhməd Paşa •Lələ Qara Mustafa Paşa •Qoca Sənan Paşa •Kanijalı Siyavuş Paşa •Özdəmiroğlu Osman Paşa •Xədim Məsih Mehmed Paşa •Sərdar Fərhad Paşa | |
Kaptan-ı dəryalar | Qılınc Əli Paşa •Cığalızadə Yusif Sənan Paşa | |
Şeyxülislamlar | Kürəkən Həmid Əfəndi ·Qazızadə Əhməd Şəmsəddin Əfəndi ·Malulzadə Mehmed Əfəndi ·Çivizadə Hacı Mehmed Əfəndi ·Əbdülqədir Əfəndi ·Bostanzadə Mehmed Əfəndi ·Bayramzadə Zəkəriya Əfəndi |
Osmanlı şeyxülislamları | ||
---|---|---|
XV əsr | Molla Şəmsəddin Fənari •Molla Fəxrəddin Əcəmi •Molla Hüsrəv •Molla Gürani •Molla Əbdülkərim •Ələddin Çələbi •Əfdalzadə Həmidəddin | |
XVI əsr | Zənbilli Əli Əfəndi •İbn-i Kamal Əfəndi •Sadullah Sədi Əfəndi •Çivizadə Muhiddin Mehmed Əfəndi •Əbdülqədir Həmidi Çələbi •Fənarizadə Muhiddin Çələbi •Əbu Suud Əfəndi •Kürəkən Həmid Əfəndi •Qazızadə Əhməd Şəmsəddin Əfəndi •Malulzadə Mehmed Əfəndi •Çivizadə Hacı Mehmed Əfəndi •Əbdülqədir Əfəndi •Bostanzadə Mehmed Əfəndi •Bayramzadə Zəkəriya Əfəndi •Xoca Sadəttin Əfəndi •Hacı Mustafa Sunullah Əfəndi | |
XVII əsr | Xocazadə Mehmed Əfəndi •Əbülməyamin Mustafa Əfəndi •Xocazadə Əsad Əfəndi •Zəkəriyazadə Yəhya Əfəndi •Ahizadə Hüseyn Əfəndi •Əbu Səid Mehmed Əfəndi •Muid Əhməd Əfəndi •Əbdürrəhim Əfəndi •Bahai Mehmed Əfəndi •Qaraçələbizadə Əbdüləziz Əfəndi •Hüsamzadə Əbdürrəhman Əfəndi •Məmikzadə Mustafa Əfəndi •Xocazadə Məsud Əfəndi •Hənəfi Mehmed Əfəndi •Balizadə Mustafa Əfəndi •Bolevi Mustafa Əfəndi •Əsir Mehmed Əfəndi •Sunizadə Seyid Mehmed Əmin Əfəndi •Minkarizadə Yəhya Əfəndi •Çatalcalı Əli Əfəndi •Ankaralı Mehmed Əmin Əfəndi •Dabbaqzadə Mehmed Əfəndi •Seyid Feyzullah Əfəndi •Əbusəidzadə Feyzullah Əfəndi •İmam Mehmed Əfəndi | |
XVIII əsr | Başmaqçızadə Əli Əfəndi •Əbəzadə Abdullah Əfəndi •Mehmed Ataullah Əfəndi •İmam Mahmud Əfəndi •Mirzə Mustafa Əfəndi •Qocahüsamzadə Əbdürrəhman Əfəndi •Əbu İshaq İsmayıl Əfəndi •Yenişəhərli Abdullah Əfəndi •Mirzəzadə Şeyx Mehmed Əfəndi •Başmaqçızadə Abdullah Əfəndi •Kürəkənzadə Əhməd Əfəndi •Əbuishaqzadə İshaq Əfəndi •Dürri Mehmed Əfəndi •Feyzullahzadə Mustafa Əfəndi •Pirizadə Mehmed Sahib Əfəndi •Həyatizadə Mehmed Əmin Əfəndi •Seyid Mehmed Zeynalabdin Əfəndi •Əbuishaqzadə Əsad Əfəndi •Xəlilzadə Mehmed Səid Əfəndi •Seyid Murtuz Əfəndi •Abdullah Vassaf Əfəndi •Kürəkənzadə Feyzullah Əfəndi •Dürrizadə Mustafa Əfəndi •Kürəkənzadə Feyzullah Əfəndi •Mehmed Saleh Əfəndi •Çələbizadə İsmayıl Asım Əfəndi •Vəliüddin Əfəndi •Əbubəkrzadə Əhməd Əfəndi •Pirizadə Osman Sahib Əfəndi •Mirzəzadə Seyid Mehmed Səid Əfəndi •Seyid Mehmed Şərif Əfəndi •Eyvazpaşazadə İbrahim Əfəndi •Salehzadə Mehmed Əmin Əfəndi •Vassafzadə Əsad Əfəndi •Mehmed Şərif Əfəndi •Seyid İbrahim Əfəndi •Dürrizadə Mehmed Ataullah Əfəndi •Ərəbzadə Əhməd Ataullah Əfəndi •Dürrizadə Mehmed Arif Əfəndi •Müftizadə Əhməd Əfəndi •Məkkəyi Mehmed Əfəndi •Mehmed Kamil Əfəndi •Mehmed Şərif Əfəndi •Həmidizadə Mustafa Əfəndi •Seyid Yəhya Tofiq Əfəndi •Mustafa Aşir Əfəndi | |
XIX əsr | [[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] ·[[]] | |
XX əsr | Mehmed Ziyayəddin Əfəndi ·Mehmed Sahib Əfəndi ·Çələbizadə Hüseyn Əfəndi ·Musa Kazım Əfəndi ·Əbdürrəhman Nəsib Əfəndi ·Mehmed Cəmaləddin Əfəndi ·Mehmed Əsad Əfəndi ·Ürgüplü Mustafa Əfəndi ·Ömər Xülusi Əfəndi ·Heydərizadə İbrahim Əfəndi ·Mustafa Sabri Əfəndi ·Dürrizadə Abdullah Əfəndi ·Mədəni Məhmət Nuri |