peoplepill id: bala-nazarov
BN
Russia Azerbaijan
2 views today
2 views this week
Bala Nazarov
Soviet and Azerbaijani surgeon

Bala Nazarov

The basics

Quick Facts

Intro
Soviet and Azerbaijani surgeon
Work field
Gender
Male
Place of birth
Balaxanı, Sabunçu, Baku, Azerbaijan
Age
84 years
Education
Azerbaijan Medical University
Awards
Order of the Red Banner of Labour
 
Medal "For Valiant Labour in the Great Patriotic War 1941–1945"
 
Medal "For the Victory over Germany in the Great Patriotic War 1941–1945"
 
The details (from wikipedia)

Biography

Nəzərov Bala Sərxuş oğlu (10 avqust 1921(1921-08-10), Balaxanı, Bakı qəzası26 noyabr 2005(2005-11-26)) — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964).

Həyatı

Bala Nəzərov 1921-ci ildə Bakının Balaxanı kəndində (Azərbaycan SSR) anadan olmuşdur.

Stalin rejiminin törətdiyi repressiyalar onun da ailəsindən yan keçməmişdir Atası vəəmisi xalq düşməni kimi hərəsi 10 il azadlıqdan məhrum edilmişlər, iki dayısı isə güllələnmişlər. O üzdən gənc yaşlarından böyük sıxıntılarla üzləşmişdir.

Buna baxmayaraq, 1939-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1943-cü ildə müalicə profilaktika fakültəsini bitirmişdir.

Tibb İnstitunun 4-cü kursunda oxuyarkən Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası”adına hövzə poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlamışdır.

İnstitutu bitirdikdən sonra Balaxanıda 5 saylı ambulatoriyada baş həkim, hövzə xəstəxanasında ordinator işləmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dağ rayonları xəstəxanalarında cərrahiyyə şöbələri yaratmaq məqsədilə 1946-1948-ci illərdə Bala Nəzərov Gədəbəy və Lerik rayonlarına göndərilmişdir.

Yüksək təşkilatçılıq qabilliyyətinə malik olan Bala Nəzərov 1950-ci ildə Lerik rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Həmin rayonun Şingədulan və Veri sovetliklərində 25 çarpayılıq xəstəxana açılmasına müvəffəq olmuşdur.

1951-ci ildə Bala Nəzərov Bakı şəhəri 5 saylı birləşmiş xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. 1955-ci ildən 5 saylı birləşmiş xəstəxananın əsasında təşkil olunmuş 13 saylı tibbi-sanitar hissəsinin (indiki 26 saylı Birləşmis Şəhər Xəstəxanası)baş həkimiişləməyə başlayır.

1966-cı ildə isə Bakı şəhəri Semaşko adına 1-saylı kliniki xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəz) baş həkim təyin olunmuşdur. Həmin vaxt xəstəxanada 1915-ci ildə tikilmiş və tamamilə yararsız vəziyyətdə olan bir mərtəbəli baraklar hal-hazırda mövcud olan korpuslarla əvəz olunmuşdur.

1988-ci ildən 1996-cı ilə qədər “Zakfederasiya” adına poliklinikasının baş həkimi, 1996-cı ildən həyatının sonuna qədər Xəzər Gəmiciliyinin poliklinikasında həkim cərrah vəzifəsində işləmişdir.

1964-cü ildə ona Azərbaycan SSR-nin Əməkdar həkimi Fəxri adı verilmişdir. 1975-ci ildə Bala Nəzərov Tiflis şəhərində tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir.

Əldə olunan müvəffəqiyyətlərə görə SSRİ-nın Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə “Qırmızı Əmək Bayrağı” ordenivə Böyük Vətən müharibəsinin iştirakçısı kimi “Faşizm üzərində qələbə”medalları ilə təltif edilmişdir.

2005-ci ildə vəfat etmişdir.

Həyatının sonuna qədər bütün işlədiyi tibb ocaqlarında vətənpərvərlik, insansevərlik, xeyirhaqlıq, qayğıkeşlik ilə seçilmişdir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Bala Nazarov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Bala Nazarov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes