peoplepill id: bakhtiyar-ersay
BE
Turkey
3 views today
4 views this week
Bakhtiyar Ersay
Turkish military officer, lieutenant general, adviser to the Minister of Defense of Azerbaijan

Bakhtiyar Ersay

The basics

Quick Facts

Intro
Turkish military officer, lieutenant general, adviser to the Minister of Defense of Azerbaijan
Places
Work field
Gender
Male
Place of birth
Çemişgezek, Tunceli Province, Turkey
Age
55 years
Education
Turkish Military Academy
School of Artillery and Missiles
Army War Institute
Joint War College
Bakhtiyar Ersay
The details (from wikipedia)

Biography

Bəxtiyar Ersay (8 fevral 1969, Çemişgezek, Tuncəli ili) — Türkiyə həbi xadimi, general-polkovnik, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı Azərbaycan Müdafiə Nazirinin müşaviri.

Həyatı

Bəxtiyar Ersay haqda məlumatlar çox azdır. Yalnız onun əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalından olduğu bildirilir. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.

Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında general Ersay dayanıb.

Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Dövlət çevrilişində ittiham edilsə də, cəmi 31 ay həbsdə yatıb. Azad edildikdən sonra Türkiyə Silahlı Qüvvələrinə qayıdıb. FETÖ-nün 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.

PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də Bəxtiyar Ersaydır. 2016-cı ildə o, Hakkari-Çukuca 2 Sərhəd Birqadasının komandanı vəzifəsini yerinə yetirib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub. Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General Ersayın komandanlığındakı briqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib. Məlumatlarda qeyd edilir ki, bu əməliyyatla 207 terrorçu məhv edilib. Əməliyyat zamanı general Ersay Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.

5 avqust 2022-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Bəxtiyar Ersaya general-leytenant rütbəsi verilib.General Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən o, Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Bakhtiyar Ersay is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Bakhtiyar Ersay
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes