Bahman Quliyev
Quick Facts
Biography
Bəhmən Quliyev (Quliyev Bəhmən Hidayət oğlu; d. 14 fevral 1969. Qırıxlı, Xanlar rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, Professor. İ.İ.Meçnikov adına Şimal‑Qərb Dövlət Tibb Universitetinin urologiya kafedrasının professoru.
Həyatı
Quliyev Bəhmən Hidayət oğlu 1969-cu il fevralın 14-də Azərbaycan Respublikasının Göygöl rayonunun Qırıxlı kəndində anadan olub. 1986-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi fərqlənmə ilə bitirib və təhsilini davam etdirmək üçün Leninqrada göndərilib. 1993-cü ildə İ.P.Pavlov adına Sankt-Peterburq Tibb Universitetinin müalicə fakültəsini bitirib. O, 1993-1996-cı illərdə “urologiya” ixtisası üzrə internatura və klinik ordinaturada təhsil alıb. 1996-cı ildən Rusiyanın Şimal-Qərb bölgəsinin ən böyük stasionarlarından biri olan 2 saylı şəhər çoxprofilli xəstəxanasının urologiya şöbəsinin ordinatoru vəzifəsində çalışır. 2010-cu ildə bu şöbənin bazası əsasında Rusiyanın bütün regionlarının, eləcə də MDB ölkələrinin xəstələrinə yüksək ixtisaslı yardım göstərən Elmi-Praktik Urologiya Mərkəzi yaradılıb. B.Quliyev bu elmi-praktik mərkəzin direktor müavinidir. 2003-cü ildə ona tibb elmləri namizədi, 2008-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. 2006-cı ildə “urologiya” ixtisası üzrə ali ixtisas dərəcəsi alıb. 2010-cu ildən B.Quliyev İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetinin urologiya kafedrasının professorudur.
Karyera və Üzvlük
- Müqəddəs Fedorovun adı. Sankt-Peterburq Elmi Uroloqlar Cəmiyyətinin həqiqi üzvü
- Rusiya Uroloqlar Assosiasiyasının üzvü
- Rusiya Onkoloqlar Assosiasiyasının üzvü
- Avropa Urologiya Assosiasiyasının üzvü
- Dünya Endourologiya Assosiasiyasının üzvü
- Ümumdünya Urologiya Assosiasiyasının üzvü
- Urologiya bülleteni” jurnalının redaksiya heyətinin üzvü