Azar Qasimli (neftci alim)
Quick Facts
Biography
Qasımlı Azər Mirzə oğlu (1936, Bakı) — texnika elmləri doktoru
Həyatı və Elmi fəaliyyəti
Azər Qasımlı 1936-cı ildə Bakı ş. qulluqçu ailəsində anadan olmuşdur. Atası vəfat edəndən sonra ailə vəziyyətinin çətinliyini nəzərə alaraq, VII sinifdən axşam fəhlə-gənclər məktəbinə keçərək, 1950-52-ci illər mətbəədə, 1952-54-cü illər EA-nınNeft Ekspedisiyasında“lay sistemlərinin termodinamikası”laboratoriyasında laborant vəzifəsində işləmişdir. 1954-cü ildəADU –nun geoloji fak-nin əyani şöbəsinə daxil olaraq, oranı neftçi-mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.1960-cı ildən 2001-ci ilə kimi Azərbaycan Elmlər Akademiyasının “Dərin neft və qaz yataqlarının problemləri” İnstitutunda texnik, kiçik, böyük, aparıcı elmi işçi və sektor müdiri vəzifələrində çalışmışdır.
1970-ci ildə “Neftin məsaməli mühitdən yüksək təzyiq və temperatura malik isti su vasitəsilə sıxışdırılması” mövzusundadissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
A.M.Qasımlı 1972-75-ci illər Əlcəzair Xalq Demokratik Respublikasında “Lay flüidlərinin fizikası” üzrəekspert vəzifəsində çalışaraq,Afrikanın ən böyük yatağı olan“Hacı Messaud yatağının neftinin, qazının və suyunun fiziki-kimyəvi xassələri vəyataqüzrəpaylanmaqanunauyğunluğu” adlı monoqrafiya yazmışdır.
1986-89-cu illər Vyetnam DNQETL İnstitutunda “Lay fizikası” üzrə sektor müdiri vəzifəsində çalışaraq, İnstitutda“Lay fizikası” laboratoriyası yaratmış, Vyetnamlı işçiləri ilə 4 səmərələşdirici təklif vermiş, 1 patent almış və 3 məqalə nəşr etdirmişdir. Nəticədə Vyetnamın “Dostluq” medalı ilə təltif edilmiş və Vunqtau şəhərinin fəxri vətəndaşı seçilmişdir.
2001-2014-cü illərAzNSETLİ-də, indiki “Neftqazelmitədqiqatlayihə” İnstitutunda“Layların neftveriminin artırılması”laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
2006-cı ildə “Ehtiyatı çətin çıxarılan layların neftveriminin artırılmasının elmi-təcrübi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
A.Qasımlının elmi axtarışları əsasən neft yataqlarının işlənilməsinə aid olsa da, onlar ixtisasın geniş ölçüdə bir çox məsələlərini əhatə edir. Nəşr edilmiş elmi işlərindən aydın olur ki, onun tərəfindən lay flüidlərinin və süxurların fiziki və fiziki-kimyəvi xüsusiyyətləri müxtəlif geoloji-fiziki şəraitlərdə eksperimental yolla tədqiq edilmiş; süxurların qeyri-bircinsliyini və mineroloji tərkibini nəzərə almaqla, yüksək özlüklü və qeyri-Nyüton neftlərin sıxışdırılması mexanizmini tədqiq edərək, kiçik keçiriciliyə malik süxurların neftveriminə böyük diqqət yetirmiş, durğun zonaların əmələ gəlməsi, onlara quyuların interferensiyasının və neftlərin reoloji xüsusiyyətlərinin təsiri, bu zonaların işlənməyə cəlb olunmaları, kimyəvi reagentlərdən istifadə olunması və çətin çıxarıla bilən ehtiyata malik layların neftvermə effektliyini artırmaq məqsədilə kompozisiyaların işlənilməsi, hörizontal quyulardan istifadənin, onların layın tavan və ya dabanına yaxın yerləşməsininneftveriminə təsiri və s. məsələlər tədqiq edilmişdir.
Apardığı çoxillik tədqiqatların nəticəsi olaraq neft yataqlarının işlənməsinin fiziki-kimyəvi əsaslarının bir sıra mühüm problemləri araşdırılmış, neft yataqlarının artırılmasının yeni üsulları işlənib hazırlanmış və təkmilləşdirilmişdir.
Tədqiqatlardan aldığı nəticələr Kürovdaq, Balaxanı-Sabunçu-Ramana, Pirallahı, Bibiheybət və Qaradağ yataqlarında onun rəhbərliyi və iştirakı ilə tətbiq edilərək, on min tonlarla əlavə neft hasil edilmiş və laydan quyuya axan suyun miqdarı xeyli azalmışdır.
Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da əməyi vardır, dördelmlər namizədi hazırlamışdır. Elmi işstajı 53 il; 130 elmi işin, 2 monoqrafiyanın, 3 kitabın, 4 müəlliflik şəadətnaməsinin, 8 patentin, 6 metodik göstəricilərin müəllifidir. 2009-2014-cu illərADNA-nın nəzdindəki D02.141 DissertasiyaŞurasının üzvü olmuşdur.
Neft elminin inkişafı yolunda gördüyü işlərin nəticəsi olaraq, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2015-ci ildən“Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ-da aparıcı elmi işçi vəzifəsində çalışır.