Azad Rzayev
Quick Facts
Biography
Azad Əhmədağa oğlu Rzayev — tarix elmləri namizədi, dosent. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.
Həyatı
Azad Rzayev 1952-ci il aprelin 29-da Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 20 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Təhsili elmi dərəcə və adları
1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutu tarix fakültəsinin əyani şöbəsini bitirmişdir. 1983-cü ildə «Azərbaycan Kommunist Pariyasın ın yüksək ixtisaslı fəhlə kadrları hazırlanmasında rolu (1971-1975-ci illər)» mövzsusunda dissertasiya müdafiə etmiş və tarix elmlərinamizədi elmi dərəcəsi almışdır.
Əmək fəaliyyəti
1973-cü ildən Bakı şəhəri 2 saylı orta məktəbdə tarix müəllimi işləmişdir. 1974-cü ildən Bakı Maliyyə-kredit texnikumunda komsomol təşkilat katibi seçilmişdir. 1974-75-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun İctimai elmlər kabinetində baş laborant işləmidir. 1977-1980-ci illərdə Bakı Dövlət Universitetində Sov.İKP tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1980-ci ildən BDU Sov.İKP tarixi (siyasi tarix) kafedrasında müəllim, baş müəllim,dosent vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, 2004-cü ildən həmin kafedranın müdiri əvəzi vəzifəsini icra edir. Hüquq, tarix, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, şərqşünaslıq fakültələrində Azərbaycan tarixi fənnindən mühazirə və seminar məşğələləri aparır. 33 adda elmi əsəri, o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi», üzrə 3 proqramı nəşr edilmişdir. «XIX əsrin sonu -XX əsrin əvvəllərində Azərbaycanda sosial-siyasi inkişaf» adlı jurnalın, «Siyasi tarix» dərsliyinin redaktoru olmuşdur.
Tədqiqat sahəsi
Tədqiqat obyekti Azərbaycan tarixinin XIX -XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işində ali məktəblərdə, o cümlədən Bakı Dövlət Universitetində Azərbaycan tarixinin tədrisimetodikası məsələləri də mühüm yer tutur.
Beynəlxalq seminar simpozium və konfranslarda iştirakı
2006-cı il nobabrın 16-17-də Mahaçqalada keçirilən Beynəlxalq elmi-praktik konfransın materiallarında bir neçə məqalə çap etdirmişdir.
Seçilmiş əsərləri
- Ali məktəblərdə Azərbaycan tarixinin tədrisində mühazirə və seminarların keçirilməsi. Bakı: 2004.
- Hərbi tarixi tədqiqat. "Tarix və onun problemləri" jurnalı, №3, 2005
- Azərbaycanda dini etiqadlar (1918-1930-cu illərədək). Bakı Universitetinin xəbərləri, №3, 2005
- Müasir dövrdə Azərbaycanda milli azlıqlar. Beynəlxalq Elmi-praktik konfransın materialları, Mahaçqala, 16-17 noyabr 2006
- Siyasi tarix. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Elmi redaktor. Bakı Biznes Universiteti. 2006
- «Milli azlıq» anlayışı və onun meyarları məsələsinə dair. «Tarix və onun problemləri» jurnalı. Əlavə, №3, 2007
- Azərbaycan tarixi (ən qədim zamanlar - 2006-cı il). Proqram. Ali məktəblərin humanitrar fakültələri üçün. Bakı Dövlət Universiteti. 2007
- Heydər Əliyev və Azərbaycanın tarix elmi qarşısında duran vəzifələr.Ümmumilli lider Heydər Əliyevin anadan olmasının 85 ildönümü münasibətilə tarix fakültəsi əməkdaşlarının Elmi-praktik konfransının materialları.Bakı, 2008