Azad bey Gojamanbeyov
Quick Facts
Biography
Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov — polkovnik, Şamaxı qəzasının rəisi.
Həyatı
Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov 1860-cı ildə anadan olmuşdur, Atası Şamaxının məşhur mülkədarlarından idi. Onun mal-qarası, qoyun sürüləri, Şamaxıda mağazaları və böyük imarəti var idi. Pirsaat çayının sahilində geniş əkin sahələri olmuşdur. Hərbi məktəbi qurtarandan sonra Azad bəy Peterburq və Moskva şəhərlərində qulluq edir. O, 1905-1907-ci illərdə Rus-Yapon müharibəsində iştirak etmişdir. Müharibədə göstərdiyi igidliklərinə görə bir neçə orden və meddallarla təltif olunmuşdur. Müharibənin sonuna yaxın sağ qıçından yaralanmışdır. Bir müddət Moskvada xəstəxanada müalicə olunmuşdur. Sonra polkovnik rütbəsində Azərbaycana - Şamaxıya qayıdır. Bir müddət burada əvvəl məhkəmədə, sonra çinovnik köməkçisi, qarnizon komissarı daha sonra Şamaxı qəza rəisi işləmişdir.
Ailəsi
Azad bəy birinci dəfə Ruqiyyə adlı bir qadınla evlənir. Onların yeganə qızı gənc yaşlarında vəfat edir. Bundan sonra onların uşaqları olmur. Ona görə də Azad bəy həmkəndlisi Bəymirzə adlı bir oğlanı oğulluğa götürür. Bəymirzə igid, qoçaq bir şəxs olmuşdur. 1918-ci ildə ermənilərlə vuruşda böyük hünər göstərmişdir. 1919-cu ildə tərəkəmələrlə olan savaşda yaralanmış, bir neçə gündən sonra ölmüşdür. Azad bəy ikinci dəfə Məhəmməd bəyin qızı Gülarə xanımla ailə qurmuşdur. Həmin qadından Azad bəyin 1912-ci ildə bir oğlu olmuş və adını Seyfullah qoymuşdur. Qeyrət, hünər simvolu olan Azad bəy 1920-ci ilin fevral ayında Şamaxıda vəfat etmişdir. Məzarı Laləzar qəbristanlığındadır.
Mənbə
- Seyfəddin Qəniyev 1918-ci il Şamaxı Soyqırımı. Bakı. Nurlan 2002.