peoplepill id: aysen-mehdiyeva
AM
Azerbaijan
1 views today
1 views this week
Aysen Mehdiyeva
Azerbaijani singer

Aysen Mehdiyeva

The basics

Quick Facts

Intro
Azerbaijani singer
Work field
Gender
Female
Age
32 years
Education
Azerbaijan State University of Culture and Arts
Audio
Spotify
The details (from wikipedia)

Biography

Ayşən Rəhman qızı Mehdiyeva (15 aprel 1992, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin və BMM-in solisti.

Həyatı

Ayşen Mehdiyeva  1992-ci il aprel ayının 15-də Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı musiqi məktəbində sonradan isə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 5 il Azərbaycan aşığı, fəlsəfə üzrə elmlər doktoru Fəzail Miskinli-dən fərdi saz dərsləri almışdır. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin solo oxuma fakültəsini bitirmişdir.

Fəaliyyəti

  • 2023-cü ildə Şuşada keçirilən Vaqif Poeziya günləri çərçivəsində konsert proqramı ilə çıxış etmişdir
  • 2023-cü ildə Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsertdə çıxış etmişdir
  • 2022-ci ildə Azərbaycan Müstəqillik Günü münasibəti ilə Kazaxstanda keçirilən konsert proqramında çıxış etmişdir
  • 2022-ci ildə Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramında çıxış etmişdir
  • 2020-ci ildə "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etmişdir.
  • 2017, 2019-cü illərdə Güney Azərbaycanın məşhur qrupu Dalğa qrupu ilə solo konsert vermişdir
  • Ölkə daxilində və ölkə xaricində (İtaliyada, Türkiyədə, Gürcüstanda, İsveçdə və s.) konsertlər vermişdir
  • 2018-ci ildən Beynəlxalq Muğam Mərkəzinin solistidir
  • 2017-ci ildə ilk solo konserti Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir
  • 2014-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.
  • 2013-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkil etdiyi 4-cü Muğam Televiziya Müsabiqəsinin qalibi və"Tamaşaçı rəğbəti" mükafatçısı olmuşdur. Ayşen Mehdiyevanın müsabiqə zamanı oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın xalq artisti, muğam ustası Gülyaz Məmmədovanın  tələbəsidir.
  • 2011-ci ildə Respublikanın xalq artisti kamança ifaçısı Ağacəbrayıl Abasəliyevin rəhbərlik etdiyi Səadət ansambılın müşayəti ilə "Tək ümid qalsın"adlı ilk albomu işıq üzü görüb
  • 2009-cu ildən televiziya ekranlarında çıxış edir. Repertuarında muğam, bəstəkar və xalq mahnıları ilə yanaşı türkülərdə yer tutur.

Diskoqrafiya

Albomlar

TarixAlbom
2011Tək ümid qalsın


Sinqllar və Kliplər

TarixMahnı
2023Nə yaxşı gəldin
2022Əsir olmuşam
2021Qarabağ
2020Anla
2020Ne mutlu türküm diyene
2018Dünya
2018Eşqim
2016Gecələr

Konsertlər

TarixMəkan
2020Azərbaycan Dövlət Akademik Filarmoniyası
2020Beynəlxalq Muğam Mərkəzi
2019Heydər Əliyev sarayı
2018Azərbaycan Dövlət Akademik Filarmoniyası
2017Heydər Əliyev sarayı
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Aysen Mehdiyeva

Basics

Introduction

Həyatı

Fəaliyyəti

Diskoqrafiya

Lists

Also Viewed

Lists
Aysen Mehdiyeva is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aysen Mehdiyeva
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes