Ayse Dittanova
Quick Facts
Biography
Ayşə Dittanova (krımtat. Ayşe Dittanova, Айше Диттанова, ukr. Айше Диттанова; 27 fevral 1918(1918-02-27), Yalta – 15 noyabr 2015(2015-11-15), Nyu-York, Nyu-York ştatı) — Krım tatar aktrisası, Krım Tatar Dram Teatrının yenindən qurulmasının təşəbbüskarı, Ukrayna əməkdar artisti (1993).
Həyatı
Ayşə Dittanova Yalta yaxınlığındakı kiçik Derekoy kəndində anadan olmuşdur, hazırda o yer şəhərin rayonlarından biri hesab olunur. 1933-cü ildə Simferopol Teatr Kollecini bitirmişdir, sonra Krım Tatar Dram Teatrının truppasında işləməyə başladı. "Baxçasaray fəvvarəsi" tamaşasında aldığı rol onun karyerasının ən vacib rollardan biri sayılır.
Krım tatarlarının deportasiyası zamanı Tacikistana düşdü, 1946-cı ildə burada yenidən peşəkar teatr səhnəsinə qayıtdı. SSRİ-nin siyasətinə görə Dittanova və eləcə də Krım tatar mənşəli digər aktyorlar milli sənətlə məşğul ola bilmirdilər.
Ayşə xanım 1988-ci ildə Krıma qayıtdı, Krım Tatar teatrının bərpası işinə başladı və 1990-1996-cı illərdə burada işlədi, sonra mədəniyyətin inkişafındakı əhəmiyyətli töhfələrinə görə "Ukraynanın əməkdar artisti" fəxri adını aldı.
1996-cı ildən vəfatına qədər Nyu-Yorkda yaşadı, buna baxmayaraq dəfələrlə Krıma səfər etmişdir. 2014-cü ildə, BMT-nin Baş Qərargahında keçirilən Krım tatarlarının deportasiyasının 70 illiyinə həsr olunmuş mərasimdə çıxış etdi. 15 noyabr 2015-ci ildə vəfat etdi.
Mükafatları
- Ukrayna əməkdar artisti (1993)