peoplepill id: aypara-aliyev
AA
Azerbaijan
2 views today
3 views this week
Aypara Aliyev
Azerbaijani historian

Aypara Aliyev

The basics

Quick Facts

Intro
Azerbaijani historian
Work field
Gender
Male
Birth
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
37 years
The details (from wikipedia)

Biography

Aypara Nəsrəddin oğlu Əliyev (1958 və ya 195925 noyabr 1995, Bakı) — Azərbaycan tarixçisi, Azərbaycan Sosial Demokrat Partiyası sədrinin sabiq müavini, qiyamçı Surət Hüseynovun mətbuat katibi və köməkçisi.

Həyatı

Aypara Əliyev ixtisasca tarixçi olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi çalışmışdır.

Əliyev 7 oktyabr 1994-cü il tarixində Surət Hüseynovun başçılıq etdiyi oktyabr hadisələrində iştirakına görə həbs edilmişdir. O, qiyamla bağlı dövlətə xəyanətdə, "xüsusən təhlükəli dövlət cinayətlərinin törədilməsinə yönəlmiş təşkilatlanma" fəaliyyətində, o cümlədən qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunmuşdur. Əliyevə qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də, o cümlədən "Nicat" xeyriyyə fondunu qeydiyyata almaq üçün saxta sənədlər hazırlamaqda və cəmiyyətdən külli miqdarda pul oğurlamaqda da ittiham olunmuşdur. İddia olunur ki, o, prokurorluğun və Gəncə Şəhər Sovetinin icazəsi olmadan həbs edilmişdir. Əliyev sonda Gəncədən Bakıdakı istintaq təcridxanasına köçürülmüşdür. O, həbsxanada sağlamlıqdakı problemlər səbəbindən 22 oktyabr 1995-ci il tarixində komaya düşmüşdür. Əliyev 25 noyabr 1995-ci tarixində, 36 yaşında Penitensiar xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Qeyri-rəsmi mənbələrə görə, o, qaraciyər serrozundan, böyrək çatışmazlığından, ayaq və qarnında şişkinlikdən əziyyət çəkirmiş. Bəzi mənbələrə görə, Əliyev işgəncələr nəticəsində həlak olmuşdur.

Siyasi fəaliyyəti

Aypara Əliyev Azərbaycan Sosial Demokrat Partiyası Gəncə Şəhər Təşkilatının sədri, sonra isə partiya sədrinin müavini olmuşdur. O, Gəncə Şəhər Sovetinin deputatı seçilmişdir.

Aypara Əliyev 4 iyun Gəncə qiyamı zamanı Surət Hüseynovun sözçüsü və "sağ əli" kimi çalışmışdır.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Aypara Aliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aypara Aliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes