Aygün Attar
Quick Facts
Biography
Aygün Attar (1962, Qubadlı, Azərbaycan SSR, SSRİ) — professor, Türkiyənin Giresun Universitetinin rektoru; Oksford Universitetinin Sokrat mükafatı laureatı
Həyatı
Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub.
1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir.
Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır.
2012-ci ildən Türkiyənin Giresun Universitetinin rektorudur.
Mükafatları
Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına (ing. Oxford Socrates) mükafatına layiq görülüb.
Elmi fəaliyyəti
Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.
Kitabları
- Aygün Attar (Haşimzade). İran'ın etnik yapısı: yakındönem ve günümüzde. Ankara: Divan Yayıncılık, 2006, 388 sayfa. ISBN 9750107403