peoplepill id: aydin-qasimli
AQ
Azerbaijan
1 views today
2 views this week
Aydın Qasımlı
Azerbaijani scientist

Aydın Qasımlı

The basics

Quick Facts

Intro
Azerbaijani scientist
Work field
Gender
Male
Birth
Place of birth
Ordubad, Ordubad District, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age
78 years
The details (from wikipedia)

Biography

Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent.

Həyatı

1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M.Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək “filologiya elmləri namizədi” alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi “Azərbaycan ədəbi dili tarixi” və “Müasir Azərbaycan dili” fənlərindən dərs demişdir.

1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır.Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır.

Elmi və publisistik yaradıcılığı

Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 6 kitabın müəllifidir. 2006-cı ildən “Türküstan qəzeti”nin daimi yazarıdır.

İctimai-siyasi fəaliyyəti

1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin strateji məsələlər üzrə müavini, İdarə Heyətinin üzvüdür.

Kitabları

  1. Güney Azərbaycan: dünən, bu gün, sabah. Bakı-2005.
  2. Dünyanın tacı türklər. Tarixi, siysi-ideoloji əsər. Bakı, “Zərdabi LTD”, 2006. 352 s.
  3. O və biz. Bakı, “Elm”, 2009. 464 s.
  4. Güney Azərbaycan türkləri son 100 ildə. Bakı, “Adiloğlu”, 2012. 204 s.
  5. Türklər. Tarixi oçerklər. Bakı, “E.L.”, 2012. 532 s.
  6. Türkçülər. Tarixi-siysi-ideoloji oçerklər. Bakı, "Orxan" NPM, 2015. 528 s.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Aydın Qasımlı

Basics

Introduction

Həyatı

Elmi və publisistik yaradıcılığı

İctimai-siyasi fəaliyyəti

Kitabları

Lists

Also Viewed

Lists
Aydın Qasımlı is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aydın Qasımlı
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes