Aydın Mansurov
Quick Facts
Biography
Aydın Bəhram oğlu Mansurov (14 sentyabr 1953(1953-09-14), Bakı – 30 dekabr 2017(2017-12-30), Bakı) — Azərbaycan musiqiçisi, kinooperator.
Həyatı
Aydın Mansurov 14 sentyabr 1953-cü ildə Bakıda musiqiçilər ailəsində anadan olub. Asəf Zeynallı adına Orta Musiqi Məktəbində xor dirijorluğu fakültəsində təhsil alıb (1968-1973). Bir müddət musiqi məktəbində nəzəriyyədən dərs deyib (1975-1982). 1983-2005-ci illərdə AzTV-də kinooperator vəzifəsində çalışıb. 2005-ci ildən isə ömrünün sonuna qədər İctimai Televiziyada işləyib. Aydın Mansurov bir çox televiziya və sənədli filmlərin quruluşçu operatoru olub.
24 aprel 2015-ci ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin "Humay" Milli Mükafatınalayiq görülmüşdür. Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 7 noyabr 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
- Balıq günü (film, 1983)
- Kənddən gələn var (film, 1997)
- Kənddən gələn var. II hissə (film, 1997)
- Şirin bülbül (film, 2000)
- Simlərin Hekayəti (2001)
- Qeybdən gələn səs (film, 2002)
- Türk dünyası qitədən qitəyə (film, 2002)
- Manqurt (film, 2003)
- Son arzu (film, 2003)
- Tənha durna uçuşu (film, 2003)
- Sonuncu şahid (2004)
- Köhnə tanışlar (1996)
- Boyunbağı (....)
- Bütün Azərbaycan əsgər olmalı (1997)
- Xilaskar (1995)
- Qohumlar (1999)
- Mənim Tanışlarım (1998)
- Sabiqlər (film, 1999)
- Sabiqlərin yeni sərgüzəştləri (2000)
- Sən və sən (2001)
- Simuzər (2003)
- Şakərlər (1995)
- Toy (2004)
- Yeni həyat (2005)
- Alim (film, 2007)
Şəcərəsi
- Məşədi Məlik bəy Mansurovun nəticəsidir.
- Məşədi Süleyman bəy Mansurovun nəvəsidir.
- Tarzən Bəhram Mansurovun oğludur.
- Bəstəkar Eldar Mansurovun qardaşıdır.
- Tarzən Elxan Mansurovun qardaşıdır.