peoplepill id: aydin-khirdalanli
AK
Azerbaijan Russia
1 views today
1 views this week
Aydin Khirdalanli

Aydin Khirdalanli

The basics

Quick Facts

A.K.A.
Aydın Xırdalanlı Aydin Khyrdalanly Aydın Quliyev Aydin Guliyev
Work field
Gender
Male
Place of birth
Xırdalan
Place of death
Xırdalan
Age
41 years
Residence
Baku
The details (from wikipedia)

Biography

Aydın Hacı oğlu Quliyev (təxəllüsü: Aydın Xırdalanlı; 31 iyul 1977(1977-07-31), Xırdalan23 mart 2019(2019-03-23), Xırdalan) — Azərbaycan meyxanaçısı, şair, qəzəlxan.

Həyatı

Erkən illəri

Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşaq idi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub.

Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi din və qəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. Xırdalanda Cümə məscidinə azan verib.

Yaradıcılıq fəaliyyəti

1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Şəxsi həyatı

Tarixi çox sevirdi.

Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddı problemlərlə üzləşib. 2013-cü ildə Azərbaycan saytlarından birinə verdiyi müsahibədən:

Aydin KhirdalanliGənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar.Aydin Khirdalanli

2017-cü ildə Baku.ws saytına verdiyi müsahibədən:

Aydin KhirdalanliKaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim.Aydin Khirdalanli

Ölümü

Sənətkar həyatının son dövründə depressiyada olmuşdur. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb.

Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filminə baxaraq vəfat edib. Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına dəfn olunub.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Aydin Khirdalanli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aydin Khirdalanli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes