peoplepill id: aydin-guliyev
AG
Azerbaijan
2 views today
2 views this week
Aydin Guliyev
Azerbaijani politician and journalist

Aydin Guliyev

The basics

Quick Facts

Intro
Azerbaijani politician and journalist
Gender
Male
Place of birth
Cəhri, Babek District, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age
64 years
Education
исторический факультет Бакинского государственного университета
(-1983)
Awards
Taraggi Medal
(2010)
The details (from wikipedia)

Biography

Aydın Alqulu oğlu Quliyev (18 iyul 1960, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi.

Həyatı

Aydın Quliyev 18 iyul 1960-cı il tarixində Cəhri kəndində anadan olmuşdur. 3 bacısı və 5 qardaşı var. 1983-cü ildə Azərbaycan Dövlət Universitetin Tarix fakültəsini "Fərqlənmə diplomu" ilə bitirmiş, tikintidə uzun müddət fəhlə olaraq çalışmışdır. Sonra Naxçıvan Dövlət Plan Komitəsinin bir idarəsində elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim vəzifələrində işləmişdir. 1998-ci ilədək. Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, Naxçıvan Ali Məclisində şöbə müdiri, vəzifələrində, Naxçıvan Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə işləyib.

Aydın Quliyev evlidir. Həyat yoldaşı tibb işçisidir. Onların 3 uşağı var

Jurnalist fəaliyyəti

Aydın Quliyrv 1990-cı ildən başlayaraq "Ağrıdağ", "Ordubadın səsi", "Ülfət", "İki sahil", "Rezonans", "525-ci qəzet" kimi Azərbaycan və Naxçıvan miqyaslı mətbuat orqanlarında siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış edib.

Aydın Quliyev 2001-ci ildən "Hürriyyət" qəzetinə rəhbərlik edib, 2003-cü ildən isə "Bakı-Xəbər" qəzetində baş redaktor kimi çalışır. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

İctimai-siyasi fəaliyyəti

Aydın Quliyev 1992-ci ilədək Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur. 1992-ci ildə partiya sıralarından xaric edilmişdir. 1992–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, sonra isə Demokratik Azərbaycan Partiyasını təsis etmişdir.

29 noyabr 1998-ci ildə Azərbaycan Demokrat Partiyasının VI Qurultay Səlahiyyətli Konfransında Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Beləcə, Aydın Quliyev Azərbaycan Demokrat Partiyası üzvü olmuşdur. 2005-ci il parlament seçkiləri dövründə Rəsul Quliyevin Azərbaycana qayıtması planının uğursuzluqla nəticələnməsindən sonra Azərbaycan Demokrat Partiyası daxilində münaqişələr yaranmış Aydın Quliyev və Sərdar Cəlaloğlu bu mübarizədə əsas iştirakçılardan olmuşdur. 2005-ci il dekabrın ayının 22-də Azərbaycan Demokrat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında Aydın Quliyevin partiya sıralarından çıxarılmasına qərar verilmişdir. Həmin qərarda bildirilirdi:

"Aydın Quliyev partiyanın sədri, “Azadlıq” blokunun 36 saylı Xətai dördüncü seçki dairəsindən Milli Məclis deputatlığına vahid namizədi Rəsul Quliyevin seçki kompaniyasını pozmağa cəhd etdiyinə, partiyanın rəhbər qurumlarının çıxardığı qərarların əleyhinə mətbuatda əks-təbliğat apardığına görə partiya sıralarından xaric olunub."

Bu qərardan sonra Aydın Quliyev Sərdar Cəlaloğlunun iddialarını rədd etmiş, onun Rəsul Quliyevə xəyanət etdiyini və partiyadan ixrac edilməsinin vacib olduğunu bildirmişdir. Partiya daxili hadisələrdən sonra Aydın Quliyev haqqında verilən qərar icra olunmuş və o, partiyadan ixrac edilmişdir.

Aydın Quliyev 15 sentyabr 2016-cı il tarixində Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvü seçilmişdir.

Mükafatları

Aydın Quliyev 21 iyul 2010-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Aydin Guliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aydin Guliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes